23:26 20 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
RUSİYA
Qısa URL
47 0 0

Dumanın deputatı Aleksandr Xinşteyn Sputnik-ə verdiyi eksklüziv müsahibədə bildirib ki, Böyük Vətən müharibəsi veteranlarını təhqir edənlər və faşizmə haqq qazandıranların Rusiyaya girişi qadağan ediləcək. 

BAKI, 24 avqust — Sputnik. Rusiya millət vəkilləri irqi və ya milli düşmənçiliyi qızışdıran, rusdilli vətəndaşları sıxışdıran və Böyük Vətən müharibəsi veteranlarını təhqir edən əcnəbilərin Rusiyaya girişini qadağan edən qanun layihəsi hazırlayıblar.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn qanun layihəsinin müəlliflərindən biridir.

O, Sputnik-in müxbirinə verdiyi müsahibədə "Rusiya Federasiyasından çıxış və Rusiya Federasiyasına giriş qaydası haqqında" qanuna edilən dəyişikliklərin, onlar qəbul edildiyi təqdirdə necə işləyəcəyi və keçmiş SSRİ ölkələrində kimlərin düşmənçiliyi süni şəkildə qızışdırmağa çalışmasından danışıb.

Rusofob aksiyalar tətik rolunda

Rusiya hakimiyyəti uzun müddət Rusiyaya və onun təməllərinə düşmən olan insanların ölkəyə girməməsi üçün qanunvericiliyi təkmilləşdirməyi düşünür.

Aleksandr Xinşteyn bildirib ki, ancaq qanuna yenidən baxmaq üçün tətik rolunu postsovet məkanındakı son kədərli hadisə oynayıb.

Qırğızıstanda sərxoş alıcının mağazada rusdilli satıcıya kalkulyator atması, həmçinin Qazaxıstanda bloger Kuat Axmetovun təşkil etdiyi "dil patrulları"nı Xinşteyn "çirkin rusofobiya aktları" adlandırıb.

"Giriş-çıxış qaydası haqqında qanuna dəyişiklik etmək və bəzi kateqoriyadan olan şəxslərin giriş hüququnu qadağan etmək təşəbbüsü ortaya çıxıb. Qeyd edim ki, giriş hüququnu itirən şəxslərin bütün hərəkətləri cinayət əməli kateqoriyasına daxil olan hərəkətlərdir və bu halda məntiq kifayət qədər aydındır. Əgər bir şəxs Rusiya qanunları altında cinayət törədibsə, Rusiyada olmasa da, o, bizim üçün arzuolunmaz qonaqdır", - deyə Xinşteyn Sputnik-ə verdiyi müsahibədə bildirib.

Aleksandr Xinşteyn Rusiyaya yolu həmişəlik bağlaya biləcək cinayətləri sadalayıb.

"Birincisi, bunlar etnik və dini zəmində olan cinayətlərdir, yəni irqi və milli nifrəti qızışdırmaq, dini, etnik, cinsi və ya hər hansı digər zəmində təhqirdir. Bunlar həm də yaddaşımızın qorunması ilə bağlı hərəkətlərdir: məzarların, hərbi qəbirlərin, xatirə komplekslərinin, Böyük Vətən müharibəsi veteranlarının təhqir edilməsi, müharibə illərində Sovet ittifaqının hərəkətləri haqda qəsdən yalan danışılması", - deputat izah edib.

Xinşteyn qeyd edib ki, Rusiya Nürnberq məhkəməsinin qərarına etiraz edən və ya nasistləri dəstəkləyən insanlar üçün qapıları bağlayacaq.

Arzuolunmaz şəxslərinin siyahılarını kim tərtib edir?

Aleksandr Xinşteyn bildirir ki, bütün bu cür hərəkətlərin açıq şəkildə həyata keçirilməli olduğunu başa düşmək vacibdir.

"Əgər bu, ictimai məkanda kütləvi informasiya vasitələrinin, internet şəbəkəsinin istifadəsi ilə baş verərsə, onda insanları Rusiyaya buraxmamaq üçün bir səbəb var. Bir sözlə, mövqe sadədir: millətçilərə, şovinistlərə, ekstremistlərə və faşistlərə ehtiyac yoxdur", - deyə millət vəkili bildirib.

Aleksandr Xinşteynin fikrincə, millətçilər haqqında məlumat Rusiya Daxili işlər Nazirliyinin miqrasiya orqanlarının siyahısına daxil edilə bilər.

"Belə siyahılar artıq mövcuddur. Bunlar ölkədən qovulmuş, Rusiya ərazisində inzibati cinayət törətmiş və ölkədə olma müddətini aşmış insanlardır. Aydındır ki, bu məlumat bazası bu cür vətəndaşların (millətçilər - red.) hesabına da genişlənəcək", - deyə Xinşteyn bildirib.

Sanballı xarici siyasətçilərlə vəziyyət bir az daha mürəkkəbdir, çünki onların da bəziləri özlərinə rusofob ifadələrdən istifadə etməyə icazə verirlər.

"Yüksək siyasətin də öz maraqları var ki, bəzən bizim bəyənmədiklərimizi əsaslandırır və məsələn, taliblərlə danışıqlar aparmaq məcburiyyətində qalırıq. Siyasi və diplomatik rəhbərliyin müəyyən bir manevri olmalıdır. Ancaq qanun qəbul ediləcəyi təqdirdə onun tələbləri xeyli sayda siyasi xadimə şamil ediləcək (yüksək vəzifəli şəxsləri nəzərdə tutmuram). Bunlar ictimai fəallar, müxtəlif səviyyəli millət vəkilləri və məmurlardır", - deyə Aleksandr Xinşteyn bildirir.

"Gözlərinin quruluşuna görə insanı alçaldanlara Rusiyada ehtiyac yoxdur"

Aleksandr Xinşteyn əlavə edib ki, Rusiyanın öz qapılarını yalnız ruslara hücum edənlər üçün bağlayacağını düşünmək olmaz.

"Millətindən asılı olmayaraq insanları alçaltmaq və təhqir etmək düzgün deyil. Latışları, litvalıları, yəhudiləri, polyakları açıq şəkildə təhqir edən şəxs üçün də eyni giriş məhdudiyyəti olacaq. Qan, göz forması və ya dəri rənginə görə insanı alçaldan kimsə Rusiyaya lazım deyil", - deyə millət vəkili bildirib.

Aleksandr Xinşteyn onu da qeyd edib ki, qanun layihəsi hər kəsin yarasını sarımayacaq, bu, digər ölkələrdə də mövcud olan konkret və şəffaf tədbirlərdən biridir. Millət vəkili hesab edir ki, Rusiyanın bir neçə maddə ilə məhdudlaşmayan, böyük bir dövlət fəaliyyəti kompleksinə ehtiyacı duyur, çünki millətçilik indiyədək də süni şəkildə şişirdilirdi və hələ də proses davam edir. 

"İnsanları ayırmaq və gərginlik yaratmaq istəyi olan yerdə millətçi xəritə peyda olur. Bu, postsovet məkanında xüsusilə təhlükəli və Rusiya üçün yolverilməzdir. Biz milli, ərazi və etnik baxımından ən çoxmillətli və mürəkkəb dövlətik. Sülh və barışı biz böyük qurbanlar hesabına əldə etmişik və biz heç bir təcrübəyə icazə verməyə hazır deyilik", - deyə Xinşteyn bildirib.

Millət vəkilinin fikrincə, milliyyət və dil zəminində təxribatlarda bir neçə qrup iştirak edir. Bunlar bütün ölkələrdə mövcud olan marginallar, qərblə birləşməyə can atan daxili şovinist dairələrin nümayəndələridir.

"Rusiya, birgə keçmiş və indiki zaman onlar üçün təhlükə yaradır. Qərblə birləşmək üçün Rusiya ilə əlaqələri pozmaq, ümumi tarixi, ilk növbədə rus dili və tarixini birləşdirən məqamları yox etmək lazımdır", - Xinşteyn izah edib.

Xinşteyn hesab edir ki, milliyyətçilərlə mübarizədə duyğulara qapılmadan sərt olmaq lazımdır. "Yanğını benzinlə söndürmək olmaz. Qazaxıstanda bir blogerin (Kuat Axmetov, dil patrulu rəisi - red.) cərimələnməsi və saxlanıldıqdan sonra sərbəst buraxılması mənim üçün təəccüblü və çox pis bir haldır. Ancaq digər ölkələrin suverenliyinə, o cümlədən hüquqi dövlətə biz hörmətlə yanaşmalıyıq. Qanun layihəsi hazırlanarkən Orta Asiyadan olan həmkarlarımızla məsləhətləşmədik. Əgər onlar bu sahədə təcrübə qazanıblarsa, bunu görməkdən məmnun olarıq", - deyə millət vəkili bildirib.

Əsas mövzular