Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəbərdarlıq: Rusiya Azərbaycandan kartof və pomidor idxalına qadağa qoya bilər

© AFP 2023 / MARTIN BUREAUУрожай картофеля, фото из архива
Урожай картофеля, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
"Rosselxoznadzor" Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb.

BAKI, 29 iyul - Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Rosselxoznadzor" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə videoformatda baş tutan görüşün yekunları barədə məlumatda bu barədə bildirib. 

Məlumata görə, "Rosselxoznadzor" Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb.

"Rusiya tərəfi xəbərdarlıq edir ki, gələcəkdə ölkəyə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək", - məlumatda deyilir. 

"Rosselxoznadzor" azərbaycanlı həmkarlarından hadisənin səbəblərinin öyrənilməsi üçün araşdırma aparılmasını və Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi istəyib.

Bununla yanaşı, "Rosselxoznadzor" Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb.

Rusiya tərəfi bu məqsədlə bu cür hallara yol verməmək üçün AQTA-dən Rusiyaya göndərilən pomidorlara da nəzarəti gücləndirməyi istəyib. Həmçinin qeyd olunub ki, hazırda Azərbaycanın 152 müəssisəsi Rusiyaya pomidor göndərmək hüququna sahibdir.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Həmçinin oxuyun:

Xəbər lenti
0