06:26 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
RUSİYA
Qısa URL
2087 0 0

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağ nazamlanması üzrə son vəziyyəti dəyərləndirib.

BAKI, 21 iyul - Sputnik. “Rusiya Ermənistanla Azərbaycan arasında danışıqların başlamasına yardım edilmək istəyini yalnız alqışlaya bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi ümumilikdə pis getmir. Bilirsiniz ki, üçtərəfli razılaşmalar prezident Putinin fəal iştirakı ilə baş tutub və onlar prezident Putinin fəal iştirakı ilə həyata keçirilir" - mətbuat katibi deyib. 

O, Moskvanın əlavə vasitəçinin səylərinə qarşı olmadığını bildirib: "Əgər vasitəçilərin səyləri sülh gətirirsə, bunu yalnız alqışlaya bilərik".

Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla daim əlaqə saxlayır.

"Hazırda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə məşğuluq" - o bildirib.

İlham Əliyevin Moskvaya səfəri

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Rusiya paytaxtına səfər edib. Səfər çərçivəsində o, Rusiya lideri Vladimir Putinlə görüşüb. Tərəflərin əsas müzakirə mövzusu Qarabağ müharibəsi bitdikdən sonra bölgədə vəziyyətin normala dönməsi və üçtərəfli razılaşmaların həyata keçirilməsi prosesləri olub. 

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair kompromis həllər tapdığı üçün Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür edib.

Aİ prezidentinin Azərbaycana səfəri

İyulun 17-18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edib. Səfər çərçivəsində Mişel bir sıra rəsmilərlə, o cümlədən, dövlət başçısı İlham Əliyevlə görüşüb. Görüşdə müzakirə olunan məsələlərdən biri də Avropa İttifaqının üçtərəfli razılaşmaların həyata keçirilməsində oynaya biləcəyi rola həsr olunub.

İkinci üçtərəfli bəyanat

Bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Həmçinin oxuyun:

Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar?

İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

Biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə bilərik - İlham Əliyev

Əsas mövzular