Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Su-57-lərin tədarükünə dair əcnəbi sifarişçilərlə danışıqlara başlayıb

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidSu-27, arxiv şəkli
Su-27, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Rusiyanın yeni radara düşməyən "Su-57" qırıcı təyyarəsinin alıcıları özlərini çox da gözlətməyiblər.

BAKI, 21 iyul - Sputnik. Rusiya bu ölkənin istehsal etdiyi Su-57 qırıcılarının mümkün tədarükünə dair əcnəbi sifarişçilərlə danışıqlara başlayıb.  Bu barədə MAKS-2021 sərgisində jurnalistlərə Federal Hərbi-texniki əməkdaşlıq xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.

"Tərəfdaşlarımız maraqlanıblar, biz onlardan bəziləri ilə ilk danışıqlar aparırıq", - o bildirib.

"Haqlı olaraq bahalı olan və çox perspektivli beşinci nəsil Su-57 maşınına maraq həqiqətən böyükdür. Təbii ki, belə yüksək texnoloji, müxtəlif növlü çox ciddi xarakteristikalara malik belə maşını ala bilən ölkələr, belə deyək, kredit qabiliyyətli ölkələrdir", - Şuqayev əlavə edib.

Rusiyanın ilk birmühərrikli yüngül taktiki Su-57 qırıcısı səsdən sürətlidir (2 MAX-dan çox), yüksək manevrliliyə, aşağı radiolokasiya aşkarlanmasına malikdir, uçuş çəkisi 18 tondur, mühərrikin dartısının itələmə vektoru sayəsində yaxşılaşdırılmış uçuş-enmə xarakteristikasına sahibdir (dartının çəkiyə nisbəti 1 vahiddən azdır).

MAKS-2021 20-25 iyul aralığında Moskva ətrafındakı Jukovskidə keçirilir. RİA Novosti aviasalonun baş, Sputnik agentliyi isə rəsmi informasiya tərəfdaşıdır.

MAKS-2021 sərgisi

Beynəlxalq MAKS-2021 aviakosmik salonu çərşənbə axşamı, iyulun 20-də Moskva ətrafındakı Jukovski aerodromunda fəaliyyətə başlayıb. Altı gün davam edəcək aviasalon ziyarətçilər üçün iyulun 21-dən açıq olacaq.

Bu il pandemiya səbəbindən MAKS-2021-də iştirak etmək istəyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq olunub. Sərgiyə yalnız vaksinin vurulması barədə QR-kod, yaxud da mənfi PZR testi nəticəsi ilə girmək olar.

Birmühərrikli qırıcı və başqaları

Aviasalonun ilk günü Birləşmiş Aviatikinti Korporasiyası (BAK, “Rostex” dövlət korporasiyasının tərkibinə daxildir) Rusiyanın yeni birmühərrikli qırıcı təyyarəsinin onlayn təqdimatını keçirib. Təqdimat “Rostex”in YouTube kanalında, eləcə də layihənin öz saytında yayımlanıb.

MAKS-ın statik dayanacağında qonaqlar və partnyorlar eləcə də hərbi aviasiyanın potensial liderləri və ixrac bestsellerləri ilə tanış ola biləcəklər. “Rosoboroneksport”un məlumatına görə, bunlar beşinci nəsil Су-57Э qırıcısı, МиГ-35, МиГ-29 və Су-35 qırıcıları, Ил-78МК-90А yanacaqdoldurma təyyarəsi, Ил-76МД-90А hərbi nəqliyyat təyyarəsi, Ка-52К, Ми-28НЭ, Ми-35П, Ми-35М, Ка-226Т vertolyotlarıdır.

Uçuş proqramı

Ən dolğun uçuş proqramı aviasalonun ilk gününə planlaşdırılıb. İyulun 20-də “prezident üçün nümayiş”də tamaşaçılar Су-57 və МиГ-35 qırıcılarının, Ка-226 və Ми-171 vertolyotlarının, mülki SSJ100 və МС-21-310 təyyarələrinin uçuş və pilotajını izləyiblər.

Mülki yeniliklər

Aviasalonda Rusiyanın ПД-14 mühərrikli МС-21-310 təyyarəsi yeniliklər sırasındadır. Uçuş proqramına onun ilk kütləvi uçuşu daxildir. Təyyarə hazırda sınaq mərhələsindədir. МС-21-300-ün baza versiyasının xarici Pratt & Whitney mühərriki ilə ilk uçuşu da iki il əvvəl MAKS çərçivəsində baş tutmuşdu.

Həmçinin ilk dəfə geniş tamaşaçı kütləsinə Rusiyanın regional Ил-114-300 təyyarəsi təqdim olunacaq. Onun seriya tədarükü 2023-cü ildə başlayacaq. 2030-cu ilədək yüz belə maşının tədarükü planlaşdırılıb.

Təyyarəni eləcə də statik ekspozisiyada görmək mümkün olacaq. BAK həmçinin SSJ 100 təyyarəsini göstərəcək, tamaşaçılar eləcə də onun biznes-versiyasını görə biləcəklər.

Airbus da öz məhsulunu təqdim edəcək. Şirkət ilk dəfə Rusiyada darfüzelyajlı A220 təyyarəsini göstərəcək. Bundan başqa, Avropa istehsalçısı uzunmagistrallı genişfüzelyajlı A350-ni də təqdim edəcək.

“Rusiya vertolyotları” holdinqi MAKS çərçivəsində tamaşaçılara ofşor əməliyyatların yerinə yetirilməsi və dəniz buruq platformalarına xidmət üçün nəzərdə tutulan Ми-171А3 vertolyotunu təqdim edəcək. Salonda onun təcrübə nümunəsi göstəriləcək, sərgidən dərhal sonra isə sınaqlara göndəriləcək.

Sərgi iştirakçıları Ка-32А11М və modernləşdirilmiş yüngül "Ансат-М" vertolyotlarını da görə biləcəklər.

Dron ovçusu, anti-PUA kompleksi

HKM konserni “Almaz-Antey” də aviasalonda öz layihələrini göstərəcək.

“Aviasalonun qonaqları konsernin naviqasiya və müşahidə, rabitə, aeronaviqasiya məlumatı və təhlükəsizliyin təmini sahəsində innovasiyaları ilə, eləcə də hava hərəkətinin təşkili sistemləri ilə qarşılıqlı əlaqədə olan göyərtə sistemləri və trenajor kompleksləri ilə tanış olacaqlar”, - konsernin mətbuat xidmətindən bildirilib.

Xeyli sayda unikal yeniliyin, o cümlədən dron ovçusu "Волк-18"in, pilotsuz aparatların neytrallaşdırılması və obyektlərin təhlükəsizliyinin təminatı üçün radiolokasiya-optik "ROSC-1" kompleksi, mobil, azqabaritli bərk meteoroloji radiolokator "ДМРЛ-3" və X-diapazonda uçuş sahəsini müşahidə edən "Алькор” radiolokasiya stansiyasının da nümayiş olunacağı göslənilir.

Kosmik yeniliklər

MAKS-da “Roskosmos” korporasiyası “Odissey” virtual reallıq sistemini təqdim edəcək. O, açıq kosmosa çıxışı hiss etməyə imkan verir. Bundan başqa, arzu edənlər "Союз МС" pilotlu kosmik gəmisinin trenajorunda aparatın orbitə çıxarılmasını, BKS-ə qoşulmasını və atmosferə endirilməsini təcrübə edə biləcəklər.

Həmçinin oxuyun:

Xəbər lenti
0