Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putinlə Baydenin hansı "əfqan" mövzularını müzakirə etdiklərini dəqiqləşdirib

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021.
Президент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021. - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Kreml sözçüsü liderlərin Cenevrə görüşündə Əfqanıstan, ABŞ qoşunlarının bu ölkədən çıxarılması və bölgədə artan qeyri-sabitlik mövzularının müzakirə mövzusu olduğunu bildirib.

BAKI, 19 iyul — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Cenevrə sammiti zamanı guya Co Baydenə Əfqanıstandakı vəziyyətə nəzarət etmək üçün Tacikistan və Qırğızıstandakı RF bazalarından istifadə etməyi təklif etməsi barədə məlumatı nə təkzib, nə də təsdiq edib. Peskov sadəcə sammitdə bu bölgədəki qeyri-sabitlik mövzusunun qaldırıldığını təsdiqləyib.

Putindən gözlənilməz təklif

Rusiya Prezidenti Vladimir Putin Cenevrədə sammit zamanı amerikalı həmkarı Co Baydenə Əfqanıstan istiqamətində addımları koordinasiya etməyi təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Putin Baydenə Əfqanıstanda vəziyyətə nəzarət üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə etmək təşəbbüsü ilə çıxış edib. Məqsəd isə Rusiya bazalarında dronların istifadəsi ilə informasiya mübadiləsi olmalı idi. Mənbələrdən biri nəşrə bildirib ki, amerikalıların başqa bir məqsədi olmasaydı, yəqin ki bu təklifi qəbul edərdilər. Məlumatda bildirilir ki, ABŞ tərəfindən hələ də cavab gəlməyib.

Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad məsələni şərh etməkdən imtina edib. Kreml də bu məlumatı təsdiqləməyib.

Cenevrə görüşü

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyunun 16-da İsveçrədə baş tutub. Hər iki tərəfin fikrincə, görüş konstruktiv əhval-ruhiyyədə keçib: dövlət başçıları bəzi məsələlərdə ortaq məxrəcə gəlib və strateji sabitlik barədə məsləhətləşmələrə başlamağa dair fikir razılığı əldə olunub.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti
0