22:06 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
91 0 0

Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin ilkin versiyasına görə, qəza maşinistlərdən birinin ürək tutması nəticəsində baş verib.

BAKI, 18 iyul - Sputnik. Rusiyanın Amur bölgəsində iki qatarın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. İki nəfərin yeri isə hələlik müəyyən edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, xəsarət alanlar həkim nəzarəti altındadırlar.

"İlkin məlumata görə, qatarın toqquşması nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Hazırda yaralılar "Verxni Ulak" stansiyasında həkim nəzarəti altındadır. Daha iki kişinin yeri məlum deyil. Xilasedicilər ərazidə axtarış işlərini davam etdirir", - Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda deyilir. 

Xatırladaq ki, hadisə ötən gün "Verxni Ulak" stansiyasından 51 km məsafədə baş verib. Daha əvvəl iki ölü və iki yaralı haqqında məlumat verilmişdi. İlkin versiyaya görə, hadisəyə səbəb maşinistlərdən birinin ürəktutması olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Əsas mövzular