Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Əfqanıstanda vəziyyət sürətlə pisləşir

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidВизит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй
Визит главы МИД РФ С. Лаврова в Азербайджан. День второй - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Rusiya XİN: Moskva təkcə münaqişə tərəfləri arasında fəal dialoq deyil, həmçinin danışıqların formatlarının genişləndirilməsinə də tərəfdardır.

BAKI, 16 iyul — Sputnik. Əfqanıstanda vəziyyət getdikcə daha da pisləşir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Təəssüf ki, son günlər biz vəziyyətin sürətlə deqradasiyasının şahidi olduq. <...>", — deyə Lavrov "Mərkəzi və Cənubi Asiya" adlı konfransın plenar iclasında bildirib.

Diplomat baş verənləri ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqələndirib.

Onun fikrincə, "qeyri-sabitliyin qonşu dövlətlərə keçməsi" riski var. Bundan əlavə, diplomat qeyd edib ki, bu, terror təhlükəsini və narkotiklərin onsuz da həddən artıq genişlənmiş qanunsuz dövriyyəsi problemini bir az da gücləndirir.

"Moskva təkcə münaqişə tərəfləri arasında fəal dialoq deyil, həmçinin danışıqların formatlarının genişləndirilməsinə də tərəfdardır", - deyə Lavrov fikrini tamamlayıb.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır.

2020-ci ildə Vaşinqton və Taliban nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya departamentinin direktoru Zamir Kabulov hesab edir ki, müharibə daha iki ay da davam edə bilər, amma Taliban yaraqlılarının ölkənin qəzalarının yarıdan çoxunu artıq ələ keçirmələrinə baxmayaraq, respublikanı tam ələ ala bilməyəcəklər.

*Rusiyada qadağan olunmuş terrorçu təşkilat.

Həmçinin oxuyun:

* Zaxarova Borelin Əfqanıstanla bağlı fikirlərinə münasibət bildirdi

* Taliblər Kabilə müvəqqəti atəşkəs təklif ediblər

* Prezidentlər və 20-dən çox ölkənin XİN rəhbərləri Əfqanıstanı müzakirə edəcəklər

* Taliblər Qəndəhara daxil olublar: İranla sərhəddə yerləşən məntəqəni də ələ keçirblər

Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

Xəbər lenti
0