Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ağ Ev Baydenlə Putinin telefon danışığı barədə məlumat yayıb

© Sputnik / POOL / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021.
Президент РФ Владимир Путин и президент США Джо Байден (справа) во время встречи в Женеве на вилле Ла Гранж. 16 июня 2021. - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasında bir saata qədər telefon danışığı olub.

BAKI, 9 iyul - Sputnik. ABŞ və Rusiya prezidentləri Co Baydenlə Vladimir Putin arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bir saat davam edən telefon danışığında tərəflər iki ölkənin Suriyadakı planları barədə müzakirələr aparıb.

"Liderlər öz komandalarının ABŞ-Rusiya sammitinin ardından BMT Təhlükəsizlik Şurasında Suriyaya sərhədlərarası humanitar yardımın bərpa edilməsinə dair yekdil qərara gətirib çıxaran birgə işlərini yüksək qiymətləndiriblər", - deyə bəyanatda bildirilir. 

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da bu gün Vladimir Putin və Co Bayden arasında telefon danışığının olduğunu təsdiqləyib. O qeyd edib ki, iki lider arasındakı telefon danışığı iyunun 16-da Cenevrədə keçirilən Rusiya-ABŞ zirvə görüşündən sonra ilk söhbətdir.

Qeyd edək ki, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının (SC) Suriyada transsərhəd yardımına dair Rusiya-Amerika ortaq qətnaməsini qəbul etməsini tarixi an kimi qiymətləndirib. 

"Bu gün biz tarixi bir anın şahidi oluruq - Rusiya və ABŞ ilk dəfə birlikdə BMT Təhlükəsizlik Şurasının qətnaməsini təqdim etdilər", - deyə o, bildirib. 
BMT Təhlükəsizlik Şurasının üzvləri Suriyaya humanitar yardımın çatdırılması üçün transsərhəd mexanizminin bir il uzadılmasını nəzərdə tutan qətnaməni yekdilliklə təsdiqləyiblər.

Qətnamə, Suriya və Türkiyə sərhədindəki yeganə "Bab əl-Həva" keçid məntəqəsinin işinin 12 aylıq müddətə uzadılmasını əks etdirir. Qətnamənin şərtinə görə, BMT Baş katibi Antonio Quterriş altı ay ərzində sərhədyanı yardım mexanizminin işinə dair hesabat təqdim etməlidir.

Heç bir problem aşkarlanmazsa, hesabatdan sonra bu mexanizm daha altı ay işləməyə davam edəcək.

Səsvermədən sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild, "ABŞ və Rusiyanın 12 ay ərzində Suriya xalqına kömək etməklə bağlı təşəbbüsü dəstəkləmək üçün toplaşa bildiklərindən" məmnun olduğunu bildirib.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Rusiya - ABŞ birgə bəyanatı

Xatırladaq ki, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.

Bəyanatın əsas məqamları:

"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər. 

Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik. 

Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".

Həmçinin oxuyun:

Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?

Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları

Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə

Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib

Xəbər lenti
0