08:19 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
RUSİYA
Qısa URL
74 0 0

Rusiyaya Avropa COVID sertifikatı sisteminə qoşulma təklif edildi. Moskva isə bəyan edib ki, Avropa öncə Sputnik V-ni tanımalıdır.

BAKI, 8 iyul — Sputnik. Brüssel Rusiya Səhiyyə Nazirliyini Moskvanı COVID sertifikatları sisteminə daxil etməklə bağlı imkanların müzakirəsinə çağırıb. Avropa İttifaqının (Aİ) Moskvadakı səfiri Markus Ederyer bəyan edib ki, əgər bu baş tutarsa, vətəndaşların səyahət etmək imkanları genişlənəcək. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.

O qeyd edib ki, hələlik sərhədlərin tam şəkildə açılmasından danışmaq tezdir. Bununla belə, səfir əlavə edib ki, tərəflər insanların hərəkətini asanlaşdırmaq üçün peyvənd sertifikatları məsələsinin həllinə çalışmalıdırlar.

"Avropanın, belə demək mümkündürsə, COVID sertifikatları sistemi mövcuddur... Qanunvericilik imkan verir ki, Avropa Komissiyası digər COVID sertifikatlarının da ekvivalentliyini tanısın. Bununla əlaqədar olaraq, biz Rusiya Səhiyyə Nazirliyinə həmin sistemə daxil olmaqla bağlı məsələnin müzakirəsini təklif etdik", – deyə Ederyer bildirib.

"Biz bu cür müzakirələrin aparılmasını təklif etdik və əgər nəticə uğurlu olsa, hazırda rusiyalı turistlərin qarşılaşdıqları problemlərin bir çoxu aradan qalxacaq", – deyə səfir vurğulayıb.

O xatırladıb ki, ruslar Şengen vizasının alınması məsələsində birinci yerdədirlər.

"Ancaq pandemiya ucbatından bu rəqəmlər aşağı düşüb, bununla belə hətta indi də Şengen vizası üçün müraciət edən və vizanı alanlar arasında Rusiya vətəndaşları çoxluq təşkil edirlər", – deyə Ederyer vurğulayıb.

Moskvanın reaksiyası

Siyasi və lobbi xarakterli qərəz aradan qaldırıldığı təqdirdə Rusiyanın koronavirus əleyhinə peyvəndi Avropa Birliyində tanınacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən əminəm ki, siyasi, süni və ya lobbi xarakterli olsun, hər hansı bir qərəzi aradan qaldırsaq, bu və ya digər şəkildə bizim bu işimiz uğurla nəticələnəcək və Rusiya peyvəndi tanınacaq”, - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, hər bir ölkədə vaksinin tanınması müəyyən bir fəaliyyət alqoritmi ilə həyata keçirilir. Mən lazımı məlumatlara malik deyil, bizim ölkədə də hansı alqoritmin qüvvədə olduğunu bilmirəm... Lakin, şübhəsiz biz bu sahənin siyasiləşdirilməsinin, orada hər hansı bir lobbiçilərin fəaliyyətinə və haqsız rəqabətin əleyhinəyik”. 

Əsas mövzular