20:19 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
20 0 0

Belenkov dəqiqləşdirib ki, bu 19-20%-in təxminın yarısı birbaşa koronavirusun "zəhmətidir", digər ölümlər əsasən ürək və ağciyərin payına düşür.

BAKI, 5 iyul — Sputnik. Dünyanın müxtəlif ölkələrində ölüm göstəricisi 2020-ci ildə 19-20% artıb və birbaşa koronavirus bu artımın yalnız yarısını təşkil edib. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Ürək çatışmazlığı üzrə cəmiyyətin prezidenti, Rusiya Kardiologiya cəmiyyətinin vitse-prezidenti, Ostroumov adına Hospital terapiya klinikasının direktoru Yuri Belenkov bəyan edib.

"İndi deyə bilərəm ki, ümumi ölüm göstəricisinin artımı müxtəlif ölkələrdə fərqlənir, lakin çox yox. Ümumilikdə də bu göstərici təxminən ötən ilə nisbətən 19-20% çoxdur. Bu COVID-19-un təsiridir", - deyə alim bildirib.

Belenkov dəqiqləşdirib ki, bu 19-20%-in təxminın yarısı birbaşa koronavirusun "zəhmətidir", digər ölümlər əsasən ürək və ağciyərin payına düşür.

worldometers.info saytının məlumatına əsasən, bu il ölüm göstəricisi dünyada 30 milyona yaxınlaşır. COVID-19 isə yarandığı gündən 4 milyonadək insanın həyatına son qoyub.

Koronavirus bəlası

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular