Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Karantin və peyvənd: əcnəbilərin Rusiya ali məktəblərində təhsili necə təşkil olunacaq

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на международный деловой центр "Москва-Сити" с гостиницы "Украина" в Москве
Вид на международный деловой центр Москва-Сити с гостиницы Украина в Москве - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Pandemiya şəraitində əcnəbi tələbələr necə təhsil alacaqlar, distant thsil saxlanılacaqmı, Rusiyaya gəlmək üçün hansı peyvəndin vurulması tələb olunacaq – bütün bu suallara cavablar Sputnik-in materialında.

BAKI, 3 iyul — Sputnik. Rusiya, yəqin ki, bu ölkənin ali məktəblərində oxuyan əcnəbi tələbələrin öz Vətənlərində vurdurduqları bütün peyvəndləri tanıyacaq. Bundan əlavə, tələbələr Rusiyaya gəldikdən dərhal sonra onların peyvəndlənməsinin təşkil olunması da planlaşdırılır. Tibbi səbəblərdən peyvənd vurdura bilməyənlər, yaxud başqa səbəblərdən peyvənd vurdurmaq istəməyənlər üçün fərdi, distant tədris planı işlənib hazırlanacaq. Bu barədə "Rossiya Seqodnya" BİA-da keçirilən onlayn konfrans zamanı "Rossotrudniçestvo" və Rusiya Federasiyası İctimai palatasının nümayəndələri danışıblar.

"Rossotrudniçestvo"nun rəhbərinin müavini Pavel Şevtsov bildirib ki, Rusiya ali məktəbləri COVID-19 əleyhinə istənilən peyvəndin vurulduğu əcnəbi tələbələri qəbul etməyi planlaşdırır.

"Preparatlara gəldikdə isə... Bu məsələdə ali məktəblər eyni siyasət yürüdəcəklər. Düşünürəm ki, bütün növ peyvəndləri qəbul edəcəyik", - deyə o bildirib.

Şevtsov həmçinin qeyd edib ki, hazırda "Rossotrudniçestvo" Rusiya təhsil və elm nazirliyi ilə birlikdə əcnəbi tələbələrin ölkəyə gəlməsi məsələsində hökumət komissiyasını razı sala biləcək yanaşmalar üzərində çalışır.

"Bunlar həm nəzərdə tutulan peyvəndlənmə, həm də Rusiyanın müxtəlif regionlarında karantin tədbirlərinin keçilməsi imkanlarıdır. Əgər birdən karantin keçmək tələbi qoyulsa, o zaman universitetlər buna hazırdırlar. Onlar əcnəbi tələbələrin narahatlıq hiss etmədən karantin müddətini keçirə bilməsi üçün binalar müəyyən ediblər. Ümidvaram ki, konsensus tapılacaq və tələbələrin əksəriyyəti Rusiyaya gələ biləcək", - deyə Şevtsov dəqiqləşdirib.

Ali məktəblərin əksəriyyəti tutarlı səbəb olmadan peyvəndlənməkdən imtina etmiş tələbələri fərdi tədris planına keçirəcək, - deyə İctimai palatanın üzvü, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) dekanı Henri Sardaryan bildirib.

"O tələbələr ki sadəcə olaraq peyvəndlənmək istəmir, kimlərdə ki antitellər yoxdur, hansı tələbələr ki prinsipcə bununla bağlı hər hansı tədbir görmək istəmirlər, onlar əyani dərslərə buraxılmayacaqlar. Onlar üçün sadəcə distant təhsil olmayacaq, yəni onların sadəcə dərsə qoşulması ilə iş bitməyəcək, həmin tələbələr üçün fərdi iş planları tətbiq olunacaq ki, onlar da tamamilə fərqli tələbləri nəzərdə tutacaq", - deyə o aydınlaşdırıb.

Ali məktəb təmsilçisi bildirib ki, əməkdaşların və tələbələrin peyvəndlənməsi könüllü olaraq qalır, lakin bunsuz normal həyata qayıtmaq mümkün olmayacaq.

MDBMİ nümayəndəsi onu da qeyd edib ki, ali məktəblərin əksəriyyətində elə bir sistem tətbiq olunub ki, hər hansı bir tələbənin xəstələndiyi təqdirdə onun təhsil aldığı bütün akademik qrup karantinə gedir, dərslər isə "təcili surətdə yaxın iki həftə ərzində distant formata keçirilir".

"Bu, qrupun əyani tədrisdən distant formata və distant təhsildən əyani tədrisə keçməsidir. Universitetlər tədrisin səmərəliliyinin düşməməsi üçün hər şey edirlər. Lakin əyani formatla müqayisədə effektivlik, əlbəttə ki, az olur", - deyə Sardaryan etiraf edib.

Rusiya İctimai palatası ölkənin iri ali məktəbləri arasında sorğu keçirib. Məlum olub ki, əksəriyyət əcnəbi tələbələrin əyani dərslərə buraxılmasına tərəfdardır. Sorğuda MDBMİ, Ali İqtisad Məktəbi, Ural Federal Universiteti, Baltik Federal Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Maliyyə Universiteti və Moskva Dövlət Universiteti iştirak ediblər.

Eləcə də oxuyun:

Xəbər lenti
0