Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Makron Qarabağa dair razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

© Sputnik / Алексей Никольский / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Франции Эммануэль Макрон, фото из архива
Президент РФ Владимир Путин и президент Франции Эммануэль Макрон, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
RF dövlət başçısı Fransa prezidentini Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb.

BAKI, 3 iyul - Sputnik. Rusiya və Fransa liderləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Fransa tərəfinin təşəbbüsü ilə gerçəkləşən telefon söhbətində beynəlxalq məsələlərdə Rusiya ilə Fransanın əməkdaşlığı ətraflı müzakirə edilib.

Söhbət əsnasında Avropada sabitlik və təhlükəsizlik mövzusuna xüsusi diqqət yetirilib. Prezidentlər Ukraynanın cənub-şərqindəki vəziyyəti, Liviya münaqişəsini və Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya-Aİ əlaqələrinin durumu və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

RF prezidenti Fransa dövlət başçısına Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişi barədə məlumat verib. Vurğulanıb ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində bölgədə vəziyyət sabit olaraq qalır. Normal təsərrüfat fəaliyyətinin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün ilkin şərtlər yaradılıb.

Rusiya lideri bölgənin hərbi əməliyyatlardan zərər çəkən əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə də Fransanın daha yaxından iştirakının vacibliyinə diqqət çəkib. ATƏT-in Minsk Qrupu daxil olmaqla, Qarabağ məsələsinin tənzimlənməsinin fərqli aspektləri üzrə əlaqələndirməyə qarşılıqlı hazırlıq ifadə edilib.

Üçtərəfli bəyanat

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Həmçinin oxuyun:

Heç kəs Qarabağ münaqişəsinin yenidən inkişafında maraqlı deyil - Putin

Putin və Ərdoğan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov

Xəbər lenti
0