Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mutasiyaya uğramış qorxunc virus sərhədlərimizə yaxınlaşıb

© AFP 2023 / YASSER AL-ZAYYATМедицинский работник готовит наборы для экспресс-тестов на коронавирус, фото из архива
Медицинский работник готовит наборы для экспресс-тестов на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
“Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib ki, Rusiyada yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni “delta plus” ştamı qeydə alınıb.

BAKI, 29 iyun — Sputnik. Rusiyada yeni növ koronavirus infeksiyasının (COVID-19) yeni “delta plus” ştamı qeydə alınıb.

Sputnik Azərbaycan RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova qurumun Rəyasət Heyətinin COVID-19-la mübarizə çərçivəsində keçirilən iclası zamanı deyib.

Anna Popova qeyd edib ki, “delta plus” ştamına yoluxan xəstə infeksiyanı yüngül keçirib: “Lakin ölkə üzrə kütləvi vaksinasiyanın həyata keçirilməsi çox vacibdir”.

Xatırladaq ki, koronavirusun “delta plus” ştamı ilk dəfə Hindistanin Maharaşta əyalətində aşkarlanıb. Yeni ştam “delta”nın mutasiyası nəticəsində yaranıb.

Rusiyada koronavirus

Rusiyada pandemiya dövründə bir sutkada maksimum ölüm sayı qeydə alınıb.
Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 5493557 nəfərə çatıb.
Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 134545 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmalarının sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Koronavirus pandemiyası

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 181,4 milyonu keçib, 3,93 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0