02:25 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
RUSİYA
Qısa URL
1218 0 0

Moskva Vaşinqtona bütün sahələrdə nəticə əldə etməyin yalnız paritet əsaslarla qarşılıqlı məqbul maraqlar balansını müəyyənləşdirmək yolu ilə mümkün olduğunu xatırladır.

BAKI, 29 iyun — Sputnik. Rusiya və ABŞ arasındakı münasibətlər stabil və gözlənilən olmalıdır – bu fikri Amerika lideri Co Bayden Demokrat partiyasının Milli Komitəsinin video bağlantı yolu ilə baş tutan xeyriyyə tədbirində səsləndirib. Onun sözlərinə görə, Moskva və Vaşinqton nüvə silahının yayılmaması və iqlim dəyişikliyi ilə mübarizə sahələrində əməkdaşlıq etməyə bilməz.

"Açıq şəkildə Putinə anlatdı ki, Amerika ilə münasibətlər stabil və gözlənilən olmalıdır, biz marağımızda olan sahələrdə – nüvə silahının yayılmaması və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq etmək imkanına sahib olmalıyıq", – deyə Bayden vurğulayıb.

Amerika lideri onu da qeyd edib ki, ABŞ-a mümkün "kiberhücumlar və iqtisadiyyata müdaxilə cəhdlərinə qarşı cavab tədbirləri görüləcək". Onun sözlərinə görə, Vaşinqton Amerikanın maraqlarına zərbə vuran konkret hərəkətlərə reaksiya verəcək

ABŞ-la dialoq

Moskva isə öz növbəsində, ikitərəfli formatda kiber təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə və bu sahədə Vaşinqtonla məhsuldar dialoqa ümid edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə dilə gətirmişdi.

Onun sözlərinə görə, "ayrı-ayrı dövlətlərin interneti hərbiləşdirmək, virtual məkanda kibersilah yarışına başlamaq" niyyəti Moskvada narahatlıq doğurur.

"Biz öz tərəfimizdən hər bir ölkənin hərbi-siyasi təhlükəsizlik sahəsindəki maraqlarını, eyni zamanda qlobal informasiya məkanında dövlətlərin məsuliyyətli davranışını müəyyənləşdirən kodeksin qəbul edilməsi üzərində fəal şəkildə işləyirik. Həmçinin kibercinayətkarlıqla mübarizə üzrə ümumdünya konvensiyası layihəsini təşviq edirik", – deyə o əlavə edib.

Lavrov onu da qeyd edib ki, Rusiya Federasiyasının hər iki təşəbbüsü BMT Baş Assambleyasının son iclasında çox ciddi konsensus dəstəyi alıb və "və hər iki istiqamətdə bu iki bölgədə iki ən vacib layihəni nəzərdən keçirəcək xüsusi danışıqlar mexanizmi yaradılıb".

Qəbuledilməz yanaşma

Bir qədər əvvəl kiberhücumlar məsələsinə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da toxunmuşdu. Cenevrədə keçirilən sammit barədə danışarkən o xüsusən qeyd etmişdi ki, Rusiya tərəfi əlahiddə bir kiberhücumdan - internetin imkanlarından yararlanmaqla "Voronej vilayətinin səhiyyə sisteminə hücumdan da bəhs edib.

"Ümumilikdə son vaxtlar bizim internetdən istifadə etməklə Rusiya strukturlarına, hüquqi şəxslərə, dövlət orqanlarına və s. hücumlarla bağlı Amerika tərəfinə 40 müraciətimiz olub. Amerikalılar demək olar ki, bizim müraciətlərimizin heç birinə cavab vermirlər", – deyə Ryabkov vurğulayıb.

Nazir müavini bunu "qəbuledilməz yanaşma" adlandırıb: "ABŞ-da nədənsə belə hesab edirlər ki, biz onların bütün narazılıqlarına reaksiya verməliyik, özləri isə bizim müraciətlərimizə məhəl qoymurlar. Bu, çox zərərli mövqedir və heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq".

Qeyd edək ki, iyunun 16-a Cenevrədə Amerika Prezidenti Co Baydenin təşəbbüsü ilə Rusiya-ABŞ sammiti keçirilib. Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, strateji sabitlik, eləcə də dünya gündəmindəki məsələləri müzakirə ediblər.

Əsas mövzular