Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Emin Ağalarov traktorda məhsul yığır - Niyə?

© Photo : Instagram / eminofficialЭмин Агаларов
Эмин Агаларов - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Rusiyalı Azərbaycan əsilli biznesmen və müğənni Emin Ağalarov bu dəfə pərəstişkarlarının qarşısına tamamilə yeni obrazda çıxıb.

BAKI, 28 iyun — Sputnik. Moskvadakı Crocus City Hall-da "Jara" festivalı başa çatar-çatmaz onun təşkilatçısı və ideyaverəni Emin yenidən "döyüşə" atılıb. Bu dəfə belə görünür ki, məhsul uğrunda döyüşdədir.

İş ondadır ki, məşhur müğənni və bzinesmen Instagram-a "Belarus" traktorunu sürərək "Niyə?" hitini oxuduğunun videosunu yerləşdirib.

Ağalarovun fanatlarını bu görüntülər cuşa gətirib. Şərhlərdə hər kəs ona sevgisini ifadə etməyə çalışır.

EMİN-in Instagram-da 2 milyondan çox izləyicisi var.

“Niyə?” kompozisiyası süjetə tam uyğun gəlir. Həqiqətən niyə EMİN “Belarus” traktorunu reklam edir… bəlkə yeni biznesidir?

"Jara" festivalı

"Jara" festivalı 2016-cı ildən etibarən Bakıda keçirilirdi, ancaq koronavirus pandemiyası səbəbindən bu il Moskvada təşkil olunub. Festivalın təşkilatçısı Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən əsası qoyulan "Jara TV" musiqi telekanalıdır.

Xəbər lenti
0