21:45 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
RUSİYA
Qısa URL
627 0 0

Rusiya Prezidenti "Rossiya Seqodnya" BİA-nı 80 illiyi münasibətilə təbrik edib və qazanılan uğurların davamını arzulayıb.

BAKI, 24 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyini 80 illik yubileyi münasibətilə təbrik edib.

Sputnik Azərbaycan bildirir ki, müvafiq teleqram bu gün Kremlin saytında dərc olunub. 

"Rossiya Seqodnya" liderliyini qoruyur

"Sizi əlamətdar gün  "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin 80 illiyi münasibətilə təbrik edirəm. Əldə etdiyiniz uğurların davamlı olmasını, aktiv inkişaf, özünüzə istedadlı sələflər yetişdirməyi arzulayıram. Ən xoş arzularla", - təbrikdə deyilir.

Prezident əlavə edib ki, agentliyin kollektivi "seçilmiş yolda dürüst, fədakar fəaliyyət" ənənəsini davam etdirir. O vurğulayıb ki, "Rossiya Seqodnya" ölkənin həyatında aktiv iştirak edir və beynəlxalq informasiya məkanında lider mövqeyini qoruyur.

Agentliyin məzmunu müstəqilliyi ilə seçilir

RF-in Baş naziri Mixail Mişustin də agentliyi təbrik edib. O, təbrikində qeyd edib ki, agentliyin məzmunu müstəqilliyi, obyektivliyi, dəqiqliyi, hadisələrin operativ və balanslı işıqlandırılması ilə seçilir. 

Mişustin xatırladıb ki, 80 il əvvəl birbaşa efirdə ilk dəfə Böyük Vətən Müharibəsi cəbhələrindən son xəbərləri çatdıranəfsanəvi diktor Yuri Levitanın səsi eşidilib - "Sovinformbüro"dan "Rossiya Seqodnya" BİA-ya qədər yol bu cür başlayıb. 

Müxtəlif dövrlərdə agentliyin tarixi parlaq istedadlı yazıçılar, şairlər, publisistlər və jurnalistlər tərəfindən yaradılmışdır: milyonlarla insan Konstantin Simonov, Mixail Şoloxov, Valentin Falin, Vladimir Pozner, Vladimir Vyatkin, Vitali Tretyakovun gözü ilə dünyanı gördü. Agentliyin adları dəyişdi, ancaq bənzərsiz ənənələri dəyişməz qaldı, baş nazir əlavə edib.

Hökumət başçısı "Rossiya Seqodnya" BİA-nın ən böyük beynəlxalq media qrupu olduğunu, burada hər gün müasir informasiya məhsulu və xidmətinin yaradıldığını qeyd etdi: tematik xəbər lentləri, məlumat portalları, multimedia mətbuat mərkəzləri və telekonfranslar, fotoşəkil və infoqrafika hazırlanaraq paylanılır, sosial şəbəkələrdəki platformalar və mobil tətbiqlər fəaliyyət göstərir.

"Məzmununuz müstəqillik, obyektivlik, dəqiqlik, hadisələrin operativ və tarazlı işıqlandırılması ilə seçilir. Bütün bunlar təkcə Rusiya və xarici KİV-lərdə deyil, həm də sosial şəbəkələrdə və bloq mühitində sitat baxımından media qrupunun lider mövqeyini müəyyənləşdirib", - təbrikdə deyilir.

Baş nazir qeyd edib ki, "Rossiya Seqodnya" xəbər agentliyinin uğuru hər gün efirə və virtual məkana çıxan, milyonlarla insana ölkədə baş verən ən mühüm hadisələrdən bəhs edən yüksək peşəkar bir komandanın, redaktorların, müxbirlərin, fotomüxbirlərin böyük bir işidir.

Təbrikdə deyilir: "Sizə yeni yaradıcılıq uğurları, ilham, möhkəm cansağlığı və hər şeyin ən yaxşısını diləyirəm".

Həqiqət Rusiyanın tərəfindədir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik teleqramında agentliyin Rusiyanı informasiya məkanında effektiv şəkildə qoruduğunu, qərəzsiz bir oxucunun həqiqətin Rusiya tərəfində olduğunu anlamasına imkan verdiyini qeyd edib.

"Sovet Məlumat Bürosundan". Acı 1941-ci ildə başlayan ümumi bəlada, sonra ümumi zəfərdə, nasist qoşunlarının Stalinqradda və Kurskda məğlubiyyəti və 1945-ci ilin mayında Böyük Zəfər saatında Sovet xalqını birləşdirən mesajlar səsgücləndiricilərsən böyük Yuri Levitanın səsi ilə çatdırılan bu sözlərlə başlayırdı", - Narışkin qeyd edib.

Tərkibinə onlarla ölkədə multimedia bürolarına malik Sputnik xəbər agentliyi daxil olan "Rossiya Segodnya" komandası son dərəcə vacib işləri uğurla davam etdirir - Rusiyanı informasiya məkanında effektiv şəkildə qoruyur.

Agentlik nəinki Qərbdə uydurulmuş Rusiya ilə bağlı həyasız yalanlarla mübarizə aparır, həm də təşəbbüsə inamla müdaxilə edir və qərəzsiz bir oxucunun həqiqətin Rusiya tərəfində olduğunu anlamasına imkan verir, Narışkin vurğulayıb.

"İnanın, digər rəqib həmkarlarınız üçün istinad nöqtəsi hesab olunmağınıza tam haqqınız var", - deyən Narışkin "Rossiya Seqodnya" kollektivinə yaradıcı qələbələr, Rusiya dövlətinin rifahı naminə uğurlu iş, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

Agentliyin çoxşaxəli fəaliyyəti

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov "Rossiya Segodnya" xəbər agentliyinin heyətini və agentliyin baş direktoru Dmitri Kiselyovu "Sovinformbüro"nun yaradılmasının 80-ci ildönümü münasibətilə təbrik edib.

Onun sözlərinə görə, agentliyin çoxşaxəli fəaliyyəti dövlətin zəngin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Yüksək peşəkarlıq, qərəzsizlik, işə sədaqət, vətənpərvərlik həmişə agentliyin işçilərini müsbət yöndə fərqləndirib.

Nazirin təbrik məktubunda deyilir ki, onlar dünyanın hər yerində işləyərək milyonlarla auditoriyanı diqqət çəkən bütün beynəlxalq hadisələr barədə operativ və etibarlı şəkildə məlumatlandırmağa davam edirlər.

Rusiya Xarici İşlər Naziri  qazanılmış təcrübədən ustalıqla istifadə edərək və qabaqcıl texnologiyalar tətbiq edərək agentliyin "qlobal media məkanında inamla lider mövqelərini tutduğunu, yüksək keyfiyyətli jurnalistika üçün standartları təyin etdiyini" də qeyd edib.

"Smolensk Meydanında "Rossiya Seqodnya" BİA ilə yaxşı, zamanla sınaqdan keçmiş əlaqələrə dəyər verirlər. Mümkün olan ən geniş qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq. Sizə, media qrupunun bütün komandasına uğurlar, cansağlığı, yeni yaradıcılıq uğurları və hər şeyin ən yaxşısını arzulayıram", - Lavrov qeyd edib.

Ənənə və texnologiyanın vəhdəti

Rusiya Müdafiə naziri Sergey Şoyqu “Rossiya Segodnya” və “RİA Novosti” agentliyinin kollektivini quruluşunun 80 illiyi münasibətilə təbrik edərək agentliyin jurnalistlərinin Rusiyanın dünyada mövqelərinin möhkəmlənməsində rolunu vurğulayıb.

"Əfsanəvi "Sovinformbüro"nun qanuni varisi olan agentlik dövlətimizin beynəlxalq aləmdəki mövqeyini davamlı olaraq möhkəmləndirir", - təbrik teleqramında deyilir.

Nazir qeyd edib ki, peşəkar ənənələrin və müasir media texnologiyalarının vəhdəti jurnalist kollektivinin qlobal informasiya bazarında liderliyini qoruyub saxlamağa, Rusiyada və xaricdə baş verən hadisələr barədə dəqiq və obyektiv məlumat mənbəyi olaraq qalmasına imkan verir.

Şoyqu "Rossiya Segodnya" xəbər agentliyinin zamanla ayaqlaşmağa davam edəcəyinə və işinin ən yüksək jurnalistika standartlarına cavab verəcəyinə inandığını bildirib.

"Sizi bayram münasibətilə ürəkdən təbrik edirəm. Səmimi qəlbdən sizə ilham, firavanlıq və yaradıcılıq uğurları arzulayıram", - deyib.

"Rossiya Seqodnya" BİA

"Sovinformbüro" 24 iyun 1941-ci ildə SSRİ-də və digər anti-faşist yönümlü ölkələrdə təbliğat, izahat işləri aparmaq üçün hazırlanmış bir qurum olaraq yaradılıb. Xüsusilə Sovet-Alman cəbhəsində baş verən hadisələr və Sovet arxa cəbhəsinin işləri haqqında xarici ölkələrin ictimaiyyətini məlumatlandırırdı. "Novosti", RİA Novosti, "Rossiya Seqodnya" BİA kimi nəhəng beynəlxalq xəbər agentliklərinin tarixi məhz "Sovinformbüro" ilə başlayıb.

"Rossiya Seqodnya" BİA beynəlxalq auditoriya üçün Rusiyanın ən böyük informasiya təminatçısıdır. Rusiya xaricində media qrupu beynəlxalq xəbər agentliyi və Sputnik radiosu ilə təmsil olunur. "Rossiya Seqodnya" BİA Rusiya mediası arasında sitat (istinad) baxımından liderdir və xaricdəki markalarının istinadlarını artırır. Agentlik, eyni zamanda, Rusiya sosial şəbəkələrində və bloq mühitində istinadlar baxımından lider mövqedədir.

 

Əsas mövzular