05:34 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
RUSİYA
Qısa URL
3350 0 0

Rusiya sülhməramlıları etibarlı şəkildə regionda sülh və təhlükəsizliyi təmin edir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görürlər.

BAKI, 23 iyun — Sputnik. Rusiyanın Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanmasına töhfəsi həlledici olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciəti zamanı deyib.

Putin vurğulayıb ki, Rusiya sülhməramlıları etibarlı şəkildə regionda sülh və təhlükəsizliyi təmin edir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görürlər.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik bir forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

Teqlər:
Vladimir Putin, Moskva

Əsas mövzular