Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranda Rusiyaya və əksinə uçuşların dayandırılması tələb olunur

© AP Photo / HASAN SARBAKHSHIANСамолет İran Airlines, фото из архива
Самолет İran Airlines, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
İranın səhiyyə naziri Səid Nəməki deyib ki, Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir.

BAKI, 20 iyun - Sputnik. İranın səhiyyə naziri Səid Nəməki Rusiya ilə uçuşların dayandırılmasını istəyib.

Sputnik Azərbaycan xəbər verir ki, Səid Nəməki ölkənin Koronavirusla mübarizə qərargahına ünvanladığı məktubda Rusiya ilə uçuşların dayandırılmasını zəruri hesab edib.

"Rusiyada koronavirusun geniş yayılmasını nəzərə alaraq Moskva və əks istiqamətdə olan uçuşların dayandırılması zəruridir. Koronavirus Qərargahının ictimai və təhlükəsizlik komitəsi təcili bu məsələ ilə bağlı qərar qəbul etməlidir", - deyə Nəməki bildirib. 

Qeyd edək ki, Rusiyada son sutka ərzində daha 17 611 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Operativ Qərargahın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 316 826 nəfərə çatıb.

Son sutka ərzində 450 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 129 361 nəfərə çatıb.

Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Rusiya qonşu ölkələrə təyyarə reyslərini artırır

Qeyd edək ki, Rusiya hökumətinin sədr müavini Tatyana Qolikova iki gün əvvəl bildirib ki, Rusiya Azərbaycana və Ermənistana təyyarə uçuşlarının sayını iyunun 28-dən artıracaq. İyunun 22-dən isə Rusiyadan Türkiyəyə də təyyarə uçuşları tam şəkildə bərpa olunacaq.

Rusiyanın "Azimut" Hava Yolları iyunun 19-dan etibarən Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq. Bakıya Mineralnıye Vodıdan müntəzəm uçuşlar 19 iyun, Krasnodardan isə 26 iyundan etibarən (hər şənbə günü olmaqla) başlanacaq. Rostov-Dondan uçuşlar iyunun 23-dən etibarən yaz-yay mövsümüm sonuna qədər çərşənbə günləri həyata keçiriləcək.

Rostov-Don - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 09:15-də Rostov-Dondan qalxacaq və 12:20-də Bakıya enəcək. Daha sonra saat 13:20-də isə Bakıdan yola düşəcək və 14:35-də Rostov-na-Donuya eniş edəcək.

Krasnodar - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək. Daha sonra 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.

Mineralnıye Vodi - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 10:20-də Mineralnıye Vodıdan uçuşa başlayacaq və 13:00-da Bakıya eniş edəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.

Qeyd edək ki, biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

 

Xəbər lenti
0