Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səfiri ABŞ-a qayıtdı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidRusiyanın ABŞ-da səfiri Anatoliy Antonov
Rusiyanın ABŞ-da səfiri Anatoliy Antonov - Sputnik Azərbaycan, 1920, 20.06.2021
Abunə olmaq
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

BAKI, 20 iyun - Sputnik. İki ölkə arasındakı münasibətlərin pisləşməsi fonunda mart ayında Moskvaya məsləhətləşməyə dəvət olunan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-a uçub.

Bu barədə RİA Novosti məlumat yayıb. 

Məlumata görə, Antonov Moskva vaxtı ilə təxminən 9:20-də (Bakı vaxtı ilə 10:20) Şeremetyevo hava limanından Nyu-Yorka uçub, oradan da Vaşinqtona gedəcək.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu ərəfədə tezliklə Rusiyaya dönəcəyini bildirib. 

Səfirin geri çağırılması

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden bu il martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.

Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirib ki, “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”. 

Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı bəyanatda deyilirdi: "Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün əlverişli səbəbdir". 

Nazirlik Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğunu və ən əsası bundan çıxmağın yollarını tapdığını qeyd edib:

"Amerikalılar bununla bağlı riskləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq".

Həmçinin oxuyun: 

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiya səfiri Vaşinqtonu tərk edib

Rusiya səfiri ağzına su alıb

"Çətin münasibətlər". Rusiya səfiri niyə ABŞ-a qayıtmalıdır

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

 

Xəbər lenti
0