Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Putin-Bayden sammiti, yığılıb qalan məsələlər və qırmızı xətlər barədə

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков
Пресс-секретарь президента РФ Дмитрий Песков - Sputnik Azərbaycan, 1920, 16.06.2021
Abunə olmaq
Rusiya liderinin sözçüsü Dmitri Peskov liderlərin sammiti ərəfəsində bir sıra maraqlı açıqlamalar verib.

BAKI, 16 iyun — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya – ABŞ liderlərinin sammiti öncəsi bəyan edib ki, işçi prosesləri yenidən başlatmaq üçün ikitərəfli münasibətlərə dair xeyli məsələləri müzakirə etmək lazımdır.

"Yığılıb qalan məsələləri həll etmək lazımdır. Bizim diplomatik imkanımız, bizim əməkdaşlarımızın işləməyinin mümkünsüzlüyü, terrorizmlə mübarizə, informasiya təhlükəsizliyi və digər həssas məsələlərlə bağlı dialoqun olmaması və s. Bu prosesləri yenidən başlatmaq üçün bunların hamısı müzakirə olunmalıdır, əgər bu gün əlbəttə ki, bunun üçün siyasi iradə ifadə edilirsə", - deyə Peskov qeyd edib.

Peskov, həmçinin bildirib ki, Cenevrədə keçiriləcək sammit öncəsi ABŞ rəhbərliyinin pozitiv ritorikası danışıqlar zamanı nəzərə alınacaq.

Lakin o, eyni zamanda qeyd edib ki, ABŞ tərəfinin Rusiyanın qarşısının alınmasına dair bəyanatı da hər iki liderin görüşü öncəsi atmosferi yüngülləşdirmir.

Peskov vurğulayıb ki, "Putin Rusiya Federasiyasının qırmızı xətlərinin təqdim olunmasında həmişə konkretdir, xüsusi ilə bu gün planlaşdırılan çətin söhbətdə".

Qeyd edək ki, ötən gün Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden Cenevrə görüşü zamanı Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Onun sözlərinə görə, görüş zamanı həmçinin strateji sabitlik, COVID-19-la, kibercinayətkarlıqla mübarizə və digər məsələlər də müzakirə olunacaq.

"Burada Rusiya – ABŞ münasibətlərinin hazırkı durumu və perspektivləri, strateji sabitliyin əsas məsələləri, informasiya təhlükəsizliyi məsələləri, kibercinayətkarlıqla mübarizə məsələləri müzakirə olunacaq. İkitərəfli münasibətlərin konkret həll olunmayan məsələləri ayrıca müzakirə olunacaq. Ondan sonra iqtisadi əməkdaşlıq, Arktika və təbii ki, koronavirusla mübarizə məsələləri müzakirə olunacaq", - deyə Uşakov qeyd edib.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ, Ukraynadaxili böhran və Belarusdakı vəziyyətə ayrıca diqqət ayrılacaq.

Putinlə Baydenin görüşü

Qeyd edək ki, Rusiya – ABŞ sammiti iyunun16-da Cenevrədə "Villa La Grange" adlı iqamətgahda baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə görüşdən öncə bəyan edib ki, şəxsi təmasların bərpası, birbaşa dialoqun qurulması və real fəaliyyət göstərən qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması vacibdir.

"Danışmaq üçün mövzular var. Ümumi mövzular mövcuddur. Əgər görüşdən sonra biz bütün istiqamətlər üzrə işlərin mexanizmlərini yaratsaq, mənə elə gəlir ki, bu yaxşı olardı, demək olardı ki, görüş havayıdan keçməyib", - deyə prezident bildirib.

Putin xatırladıb ki, Ağ ev də bu barədə danışır: "hər iki tərəf üçün maraqlı olan bir neçə məsələ var – strateji sabitlik, regional münaqişələr, ümumilikdə, qlobal mənada ekologiya barədə qayğı və kibertəhlükəsizlik".

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil.

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib.

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.

XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qarabağ daha bir sammitin gündəliyində

Qarabağda müharibə bu gün Avropada keçiriləcək ABŞ-Aİ sammitində də müzakirə mövzusu olacaq. Brüsseldə toplanan Birləşmiş Ştatlar və Avropa İttifaqı ölkələrinin liderlərinin gündəminə xüsusilə Rusiya, Çinin inkişafı, Türkiyə ilə münasibətlər, Ukraynada vəziyyət, İranla nüvə razılaşması və Qarabağda müharibə də daxil ediləcək.

Xəbər lenti
0