Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova G7-nin Rusiya barədə bəyanatını şərh edib

Abunə olmaq
"Yeddilər qrupu" ölkələrinin dövlət başçılarının sammiti iyunun 11-13-də Böyük Britaniyada keçirilib. Qonaq ölkə kimi tədbirə Avstraliya, Hindistan, Cənubi Koreya və CAR dəvət olunmuşdular.

BAKI, 13 iyun - Sputnik. Rusiya ilə dialoqun qurulmasında "yeddilik atmalıdır". Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova G7 sammtinin kommünikesini şərh edərkən bu ifadəni işlədib.

G7 ölkələri növbəti dəfə Moskva ilə sabit və proqnozlaşdırılan münasibətlərdə maraqlı olduğunu bəyan edib. G7 sammitinin iştirakçıları bildiriblər ki, onlar "ümumi maraq sferaları olduğu yerlərdə" Rusiya ilə birlikdə hərəkət etmək niyyətindədirlər.

"Bizim proqnozlaşdırılan olduğumuzun illərlə və işlərlə təsdiqləndiyini nəzərə alaraq, addımı bu sferada problemləri olan yeddilik atmalıdır", - deyə diplomat Telegram-kanalda yazıb.

Bu ilin may ayında G7 üzvləri yenə Rusiya ilə münasibətləri sabitləşdirmək niyyəti barədə bəyanatla çıxış etmişdilər. Bununla yanaşı, "yeddilik" Moskvanın qarşısının alınması üzrə kollektiv imkanların artırılmasının vacibliyini də qeyd etmişdi.

Böyük yeddilik

Böyük yeddilik (ing. Group of Seven - Yeddilər qrupu, G7) - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-formal beynəlxalq klub.

Xəbər lenti
0