00:13 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
RUSİYA
Qısa URL
1973

Rusiya son xəbərdarlığını edir: ekspertlər Putinin “Ukrayna barədə” müsahibəsi haqda fikirlərini Sputnik-lə bölüşüblər.

BAKI, 10 iyun — Sputnik, Nikita Çikunov, Mariya Naumenko. Ukrayna mövzusu Rusiya prezidenti Vladimir Putinin NATO zirvə görüşü və ABŞ rəhbəri Co Baydenlə danışıqlar ərəfəsində verdiyi müsahibəsinin əsas leytmotivini təşkil edib. Ekspertlərin qənaətinə görə, Rusiya lideri rəsmi Kiyev və NATO üçün elə bir qırmızı xətt cızıb ki, onun keçilməsi təkcə siyasi müstəvidə deyil, başqa sahələrdə də ciddi nəticələrə gətirib çıxara bilər.

Həqiqi təhlükə 

Ukraynanın Şimali Atlantika alyansına daxil olması Rusiya üçün onun təhlükəsizliyinə birbaşa təhdid, “qırmızı xətt”in keçilməsi anlamına gələcək. Bu, Vladimir Putinin “Rossiya 1” telekanalına verdiyi müsahibədə səslənən əsas fikirlərdən biri olub.

Rusiya lideri xatırladıb ki, Polşa və Rumıniyanın NATO-ya qəbul olunması ABŞ-ın zərbə kompleksləri kimi istifadə oluna biləcək raket hücumundan müdafiə (RHM) sistemlərinin həmin ölkələrin ərazisində yerləşdirilməsi ilə nəticələnib. Bu halda raketlərin Moskvaya çatması müddəti cəmi 15 dəqiqə ola bilər.

“Təsəvvür edək ki, Ukrayna NATO-ya üzv oldu. Bu halda raketlərin Xarkovdan, deyək ki, bilmirəm, Dnepropetrovskdan (dekommunizasiya çərçivəsində şəhərin adı dəyişdirilərək Dnipro olub) raketlərin Rusiyanın mərkəzinə qədər, Moskvaya qədər uçuş müddəti 7-10 dəqiqəyə qədər azalacaq. Bu bizim üçün “qırmızı xətdir, ya yox?” - deyə prezident ritorik sual verib.

Putin əlavə edib ki, hazırda Ukraynanın NATO-ya qəbul olmayacağına dair heç bir zəmanət yoxdur. Daha sonra prezident xatırladıb ki, NATO-nun 1999-cu ildən bəri başlanan və dalğalarla davam edən genişlənməsi prosesi Rusiya ilə Qərb arasında münasibətlərin soyumasından və ya istiləşməsindən asılı deyil.

“Bu, hələ Krım məsələsinin, Ukraynada dövlət çevrilişindən sonrakı hadisələrin olmadığı dövrdə baş verib. Rusiya ilə kollektiv Qərb, ABŞ arasında münasibətlər rəvan idi, tərəfdaşlıq münasibətləri adlandırmasaq, kifayət qədər məqbul idi. Buna baxmayaraq, bizim guya ki narahatlıqlarımız gözardına vuruldu”, — deyə prezident qeyd edib.

Rusiya lideri onu da bildirib ki, NATO və bu təşkilata üzv olmağa can atan Ukrayna Moskvanın reaksiyasını yadda saxlamalıdırlar, çünki bu halda Rusiya öz təhlükəsizliyini müvafiq şəkildə təşkil edəcək.

Vladimir Putin həmçinin rəsmi Kiyevin Ukrayna lideri ilə söhbətdə bu ölkənin NATO-ya qəbul olunması ideyası barədə Co Baydenin sözlərini düzgün şərh etməməsi barədə Ağ Evin bəyanatına da münasibət bildirib.

“Onlar orada nədən danışıblar? Nə barədə razılığa gəliblər? Biz bilmirik. Amma okeanın o tayından Ukrayna prezidentinin ünvanına səslənən bağırtı, zənnimcə, heç bir məna kəsb etmir. Lakin biz bunu diqqətdə saxlamalıyıq. Və əlbəttə ki, bunu nəzərə alaraq tərəfdaşlarımızla təhlükəsizlik sahəsində münasibətlərimizi müvafiq şəkildə qurmalıyıq”, - deyə RF lideri bildirib.

Hərbi ekspert Aleksey Leonkovun fikrinə görə, Vladimir Putinin sözləri Qərbi “ayıltmalıdır”. Çünki bu sözlər Rusiyanın səbrinin tədricən sona çatdığını göstərir.

“Moskva artıq NATO-nun irəliləməsini sakitcə müşahidə etməyəcək. O zamanlar artıq geridə qalıb. Güzəştlər dövrü artıq bitib, çünki artıq güzəşt üçün yer qalmayıb. Əks halda hər şey bizim suverenliyimizin itirilməsi ilə nəticələnəcək. Hazırkı vəziyyət qırmızı xəttə dirənib. Putinin sözlərini Rusiyanın son xəbərdarlığı kimi qəbul etmək lazımdır”, — deyə Sputnik-in müsahibi bildirib.

Kiyevi NATO-ya salmaq

“Müsahibəsində Rusiya prezidenti etiraf edib ki, Ukraynanın Şimali Atlantika alyansına daxil olması söhbətlərini boş sözlər saymır. Təşkilatın Kiyevin hesabına genişlənməsi ehtimalı, doğrudan da, var”, - MDB ölkələri institutunun rəhbərinin müavini Vladimir Jarixin deyir.

“Əsas problem alyansın özündə deyil, ondadır ki, ABŞ, çox güman ki, təkbaşına, heç bir təhlükəsizlik zəmanətləri olmadan Ukraynanı NATO-ya “salmağa” çalışır. Ba baxımdan Kiyev, Vladimir Putinin dediyi kimi, təhlükəli Amerika plasdarmına çevrilir”, - o deyir.

Aleksey Leonkovun fikrincə, Ukraynanın NATO-ya qəbul edilməsi alyansın Rusiya ilə münasibətlərinə mütləq gərginlik əlavə edəcək. Ancaq konfrontasiyanın, ələlxüsus hərbi münaqişənin güclənməsi – Qərbin hazırkı maraqlarına cavab vermir.

“Kiyev (Donbasda daxili münaqişədən deyil – red.) Rusiya ilə müharibədən danışır. Eyni zamanda NATO-da Vaşinqton razılaşması qüvvədədir.  Onun beşinci maddəsinə görə, təşkilatın üzvlərindən birinə hücum edən dövlətə qarşı cavab tədbirləri görülməlidir.

Belə çıxır ki, Ukrayna NATO-ya daxil olarsa, alyans müharibəyə qoşulmalı olacaq. Hadisələrin belə inkişafını isə orada heç kim istəmir”, - mütəxəssis deyir.

Siyasi analitik Rostislav İşşenkonun fikrincə, alyansın Ukraynanın hesabına genişlənməsinin zərəri mənfəəti aşır.

“Ukraynanın qəbul olunması üçün müxtəlif və mümkün olmayan hadisələr üst-üstə düşməlidir. Bu ideyanın tərəfdarları eyni zamanda ABŞ-da, Fransada və Almaniyada (bu iki ölkə 2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya üzvlük üçün fəaliyyət planına təqdim olunmasına qadağa qoymuşdu – red.) hakimiyyətə gəlməlidirlər. O zaman qoşulmanı mümkün edə bilərlər”, - o izah edir.

Bununla yanaşı, siyasətçi qeyd edir ki, mövcud rəylərə rəğmən, Vaşinqton müqaviləsində həll olunmamış ərazi münaqişəsi olan ölkənin alyansa daxil olmasını əngəlləyən müddəa yoxdur. Məsələn, Ege dənizindəki adalara sahiblik üstündə hələ 1952-ci ildə NATO-ya üzv olan Türkiyə və Yunanıstan arasında müntəzəm olaraq mübahisələr yaranır.

Rus icmasının planlı məhvi

Rusiya prezidentinin toxunduğu digər vacib məsələ cari ilin mayında Vladimir Zelenskinin Radaya təqdim etdiyi “Ukrynanın köklü xalqları” adlı rezonans doğuran qanun layihəsidir.

Sənədə görə, ölkənin köklü xalqlarına Ukraynadan kənarda dövlətçiliyi olmayan icmalar, məsələn, Krım tatarları, karaimlər və krımçaklar daxil ediləcəklər. 2001-ci il siyahıyaalmasına görə, ölkə əhalisinin 17.2%-ni təşkil edən ruslar bu siyahıya düşməyəcəklər.

Ukraynalı həmkarının təşəbbüsünü şərh edən Vladimir Putin onu ümumilikdə rus xalqına güclü zərbə adlandırıb. O vurğulayıb ki, bir ölkənin vətəndaşlarının bu cür bölünməsi nasist Almaniyasının təcrübəsini xatırladır.

“Heç kim ikinci sort adam olmaq istəmir, mən hələ dilə və normal insan həyatına aid digər şərtlərə görə ayrı-seçkiliyi demirəm, ancaq bu ona gətirib çıxaraq ki, yüz minlərlə, bəlkə də hətta milyonlarla adam ölkədən getməyə, ya da özlərini başqa cür yazdırmağa məcbur olacaq”, - o, ehtimal edib.

Yeri gəlmişkən,  Ukraynanın müxtəlif sosioloji strukturları, doğrudan da, müstəqillik illərində əhalinin identifiksiyasının “rus”dan “ukraynalı”ya dəyişdiyini qeydə almışdılar.

Siyasi şərhşi Aleksandr Asafov deyir ki, Vladimir Putinin qiymətləndirməsi ədalətlidir, elə səsləndirdiyi narahatlıqları da. Zelenskinin qanun layihəsi rusların Ukraynada hüquqlarını məhdudlaşdıran sonrakı sənədlərin qəbul olunması üçün baza yaradacaq, o əlavə edir.

“Əminəm ki, həmin aktlar artıq qəbul edilməyə hazırdır. Onlar nəyə aid olacaq? Ən birincisi, dövlət orqanlarında vəzifələrə. Rusları oraya buraxmayacaqlar. Sonra lap pis olacaq – baza hüquqlarını məhdudlaşdırmağa başlayacaqlar. Bu yöndən Kiyevin “müəllimləri” var – Pribaltikada “özgələr” (və ya “qeyri-vətəndaşlar” – red.) üçün pasportlar paylayırdılar. Orada hüquqi sahədə faktiki olaraq “ikinci sort” adamlar statusunu bərkitdilər. Ukrayna da bu istiqamətdə hərəkət edir”, - mütəxəssis deyir.

Aleksandr Asafov əmindir ki, bununla belə, Ukrayna hakimiyyəti qanun layihəsinin qəbul olunmasının nəticələri ilə hesablaşmır: “Vaşinqtonun bu tapşırığı can-başla yerinə yetirilir. Ölkənin bundan sonra  necə yaşayacağı isə Zelenskini narahat etmir. Bu məsələ Msokvadan başqa heç kimi narahat etmir. Ukrayna hakimiyyəti əsas vəzifəsini yerinə yetirir – Rusiya ilə bütün - qohumluq, iş, tarixi - əlaqələri məhv edir”.

Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə şuranın üzvü Boqdan Bezpalko hesab edir ki, qanun layihəsinin qəbul edilməsi Ukraynada rus icmasının məhvi prosesini sürətləndirəcək.

“Avtomatik olaraq bu sənəd özünü rus kimi identifikasiya edən vətəndaşları yerli olmayanlara aid edəcək. Bu o deməkdir ki, hüquqlar və həmin hüquqlara nail olmaq imkanı da azalır. Dövlət faktiki olaraq belə insanlardan üz döndərir. Bütün bunlar Ukraynada rus etnosunun məhvi prosesini sürətləndirəcək. Hətta etnosun yox, icmanın. Ruslarla ukraynalılar arasında heç bir etnik,  antropoloji, mədəni, mental fərq yoxdur. Fərq yalnız siyasətdədir, sadəcə hələ sovet vaxtı insanlara sırınan identifikasiyadadır”, - o əlavə edir.

İctimai xadimin fikrincə, bu cür ayrı-seçkilik yaradan qanunlar Ukrayna əhalisinin yarısından çoxunu təşkil edən rusdilli vətəndaşları ölkəni tərk etməyə vadar edə bilər.

“Ukrayna elitası riskləri nəzərə alıbmı? Hesab etmirəm. Onun, ümumi götürdükdə, vecinə deyil. O, hansısa qərarları sərbəst surətdə qəbul etmir. Müstəqilliyin və suverenliyin olmaması – Zelenskinin təşəbbüsünün qəbulunu qaçılmaz edən iki əsas amildir”, - Boqdan Bezpalko yekunlaşdırıb.

Teqlər:
şərh, ekspertlər, Vladimir Putin, Ukrayna, Rusiya

Əsas mövzular