23:41 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
RUSİYA
Qısa URL
12

Bu addım Rusiyanın Skopyadakı səfirliyinin bu ilin may ayında qəbul etdiyi analoji addıma cavabıdır.

 

BAKI, 10 iyun — Sputnik. Rusiya Şimali Makedoniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non grata" elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi (XİN) yayıb.

"İyunun 10-u Şimali Makedoniya Respublikasının Rusiya Federasiyasında olan müvəqqəti işlər üzrə müvəkkili Olivera Çauşevskaya-Dimovskaya Rusiya XİN-ə çağırılıb. Ona Şimali Makedoniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non grata elan olunması haqqında nazirliyin notası təqdim olunub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu addım Rusiyanın Skopyadakı səfirliyinin bu ilin mayında qəbul etdiyi analoji addıma cavabıdır.

Eləcə də oxuyun: 

  • Avropa ölkələrinə çağırış etdilər: Rusiya diplomatlarını evlərinə göndərin

  • Rusiya Ukrayna səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi

  • Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı "zəifləyən dövlət" adlandırdı

Teqlər:
persona-non qrata, XİN, Şimali Makedoniya Respublikası, Rusiya

Əsas mövzular