12:24 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
3336

Saxlanılma zamanı Abdullayevin başına atəş açan YPX əməkdaşı Aleksandr Qusev heç yerə çıxmamaq barədə iltizam verməkdə təcridxanadan azad edilib. Təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbiri niyə dəyişdirildi və bu istintaqın gedişi üçün nə deməkdir?

BAKI, 9 iyun — Sputnik. Rusiyada Novosibirskdə 19 yaşlı Vəkil Abdullayevin ölümü işi üzrə istintaq davam edir.

Saxlanılma zamanı Abdullayevin başına atəş açan YPX əməkdaşı Aleksandr Qusev heç yerə çıxmamaq barədə iltizam verməklə təcridxanadan azad edilib. Təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbiri niyə dəyişdirildi və bu istintaqın gedişi üçün nə deməkdir?

Sputnik-in müxbiri Danara Kurmanova məsələni şərh etmək üçün Rusiya Federasiyası Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuraya müraciət edib.

"Qusevin istintaq təcridxanasında olmamasına baxmayaraq, o hələ də ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə ittiham olunur. İş DİN və şəxsən Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin nəzarəti altındadır. İndi əsas olan – vəziyyəti daha da gərginləşdirməmək və hadisəyə milli çalar verməməkdir", - deyə Rusiya Federasiyası Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın hüquq mühafizə orqanlarına vətəndaş nəzarəti şurasına cavabdeh üzvü Kiril Kabanov bildirib.

"Biz bu hadisəyə milli çalar verəndə yanlış davranırıq. Nəzərə almaq lazımdır ki, kimlərəsə milli vəziyyəti çalxalamaq sərfəlidir. ", - deyə o, Sputnik-ə bildirib.

YPX müfəttişi Aleksandr Qusev mayın 28-də Moşkovo qəsəbəsi rayonundakı avtoyolda qanunu pozmuş 19 yaşlı azərbaycanlını saxlayarkən, müstəntiqlərin bildirdiklərinə əsasən, həmin şəxs öz yoldaşını polisdən qurtarmağa cəhd edəndə təsadüfən onun başına atəş açıb. İki gündən sonra Abdullayev xəstəxanada keçinib.

"Bizdə olan Cinayət Məcəlləsinə (qəsdən adam öldürməmə görə məsuliyyət) görə insanlar həbsdə olmurlar, bu, ümumi praktikadır. Ona görə də heç yerə çıxmamaq barədə iltizam qərarı – hər hansı azadetmədir. Bu yenə də azadlığın məhdudlaşdırılmasıdır", - deyə Kirill Kabanov bildirib.

Rusiya Federasiyası Prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın sədri Valeriy Fadayev isə hesab edir ki, müfəttişin cəzadan yayınacağına dair şayiələr istintaqın işinə mane olur

"Əgər məhkəmə qərar versə ki o (Qusev – nümunə. red) cinayət törədib, o cəzalandırılcaq. Şübhəsiz. İstintaq işi hələ tam başlamayıb, amma niyəsə onun cəzalandırılmaması ilə bağlı söz-söhbətlər gəzir. Bu düzgün deyil. İstintaqa öz işini görmək üçün vaxt verin. Bu aktyor Yefermovla bağlı hadisəyə bənzəyir, onda da hamı qışqırırdı: "O, cəza almayacaq – buraxacaqlar!" Lakin ona səkkiz il verdilər", - deyə o Sputnik-ə bildirib.

Rusiya İstintaq Komitəsi yaydığı məlumatda qeyd edib ki, "Toyota" olan digər şəxslərə qarşı da cinayət işi başladılıb.

Novosibirsk azərbaycanlılarının milli-mədəni muxtariyyətinin rəhbəri Rasim Babayev isə qeyd edir ki, diaspora nümayəndələrini istintaqın işi qane edir. O, əmindir ki, həmyerlilərin əksəriyyəti bu məsələdə qanun aliliyəinə inanır: "Yalnız mənim həmvətənlərim deyil, hər kəs qəzəblənə bilər... İstintaq orqanları, vəkillər, İstintaq komitəsi məsələni araşdıracaq... Bu insidentə milli çalar vermək lazım deyil. Cinayət var – o araşdırılır və bu işə nöqtəni məhkəmə qoyacaq".

Abdullayevin həlak olmasına dair cinayət işi

Səs-küylü insident mayın 28-də baş verib: YPX müfəttişi Aleksandr Qusev Moşkovo qəsəbəsi rayonundakı avtoyolda qanunu pozmuş 19 yaşlı azərbaycanlını saxlayarkən, müstəntiqlərin bildirdiklərinə əsasən, həmin şəxs öz yoldaşını polisdən qurtarmağa cəhd edəndə təsadüfən onun başına atəş açıb. İki gündən sonra Abdullayev xəstəxanada keçinib.

Polis nəfəri istintaq təcridxanasına aparılıb, onun barəsində səlahiyyətlərini aşmaqla əlaqədar cinayət işi açılıb. Cümə günü məlum olub ki, RF İK rəhbəri Aleksandr Bastrıkinin göstərişinə əsasən novosibirskli polis heç yerə çıxmamaq barədə iltizam verməkdə təcridxanadan azad edilib. O hələ də şübhəli statusundadır, bütün istintaq hərəkətləri davam etdirilir.

Həmçinin novosibirskli polislərə qarşı güc işlətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Məhz bu şəxslərlə qarşıdurma Abdullayevin həlak olmasına gətrib çıxarıb. Novosibirsk Mərkəzi rayon məhkəməsi tərəfindən şənbə günü 19 yaşlı Vəkil Abdullayevlə birlikdə olan və qanunu pozmaqda şübhəli bilinən iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Onların barəsində avqustun 4-dək həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Həmçinin oxuyun:

* Abdullayevin həlak olmasına dair cinayət işi: hazırda nə məlumdur

Əsas mövzular