Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin imzasını atdı, Rusiya "Açıq Səma" sazişindən çıxır

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент РФ В. Путин встретился с президентом Татарстана Р. Миннихановым
Президент РФ В. Путин встретился с президентом Татарстана Р. Миннихановым - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
2020-ci ilə olan məlumata görə, sazişi 33 ölkə imzalayıb. 2020-ci ilin mayında Birləşmiş Ştatlar sazişdən çıxmaq barədə proseduru imzalayıb, proses ötən ilin noyabrın 22-də yekunlaşıb.

BAKI, 7 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin "Açıq Səma" haqqında razılaşmadan çıxmaq barədə qərarı imzalayıb. Bu barədə Sputnik Azərbaycan Rusiyanın rəsmi hüquq saytına istinadən xəbər verir.

Qeyd edək ki, "Açıq Səma" sazişi iştirakçı dövlətlərə hərbi fəaliyyətə nəzarət etmək üçün bir-birlərinin ərazilərindən uçmaq imkanı verir. O, həmçinin bu cür uçuşları da tənzimləyir. Saziş 24 mart 1992-ci ildə Helsinkidə imzalanıb, 26 may 2001-ci ildə Rusiya tərəfindən ratifikasiya edilib.

2020-ci ilə olan məlumata görə, sazişi 33 ölkə imzalayıb. 2020-ci ilin mayında Birləşmiş Ştatlar sazişdən çıxmaq barədə proseduru imzalayıb, proses ötən ilin noyabrın 22-də yekunlaşıb. Buna cavab olaraq, Rusiya XİN bu ilin yanvarın 15-i sazişdən çıxması barədə elan edib.

Rəsmi Vaşinqton Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin sammiti ərəfəsində Moskvanı məlumatlandırıb ki, bu ölkə "Açıq Səma" haqqında razılaşmaya qayıtmayacaq.

Xəbər lenti
0