23:37 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (731)
22 0 0

"Biz EMA-nın işinin texniki hissəsini "Sputnik V"-yə qarşı dezinformasiya kampaniyasında qarşılaşdığımız bir sıra siyasi açıqlamalardan ayrı tutmaq istəyirik".

BAKI, 4 iyun — Sputnik. Dərman Vasitələri üzrə Avropa Agentliyi (EMA) Rusiyanın COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin araşdırılması zamanı nə istehsal, nə də klinik mərhələdə hər hansı bir tənqidi fikir bildirməyib. Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2021) çərçivəsində keçirilmiş brifinqdə məlumat verib.

O, qurumun texniki mütəxəssislərinin məsələyə peşəkarlıqla yanaşdıqlarını bildirib.

"Biz EMA-nın işinin texniki hissəsini "Sputnik V"-yə qarşı dezinformasiya kampaniyasında qarşılaşdığımız bir sıra siyasi açıqlamalardan ayrı tutmaq istəyirik", – deyə RBİF-in rəhbəri bəyan edib.

Onun sözlərinə görə, Rusiya preparatının qeydiyyat tarixi EMA-dan asılıdır. Dmitriyev, həmçinin qiymətləndirmə prosesinin siyasiləşdirilməyəcəyinə ümid etdiyini də bildirib.

Qeyd edək ki, 2020-ci ilin avqust ayında Rusiyanın Səhiyyə Nazirliyi Qamaleya Tədqiqat Elektrokimya və Texnologiya Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə dünyada ilk peyvənd olan "Sputnik V"-ni qeydiyyata alıb. Preparat artıq 66 ölkədə istifadə üçün təsdiqlənib.

"Sputnik V" vaksini

"Sputnik V" – insan adenoviral vektorlarının sübut edilmiş və yaxşı öyrənilmiş platforması əsasında yaradılıb. Rusiyada peyvənd olunmuş 3,8 milyon şəxsin nəticələrinin analizinə əsasən, preparatın effektivliyi 97,6%-dir. RBİF və Qamaleya Mərkəzi tərəfindən əvvəllər verilən məlumata görə, bu, "Lancet" tibbi jurnalının öncədən yayımladığı rəqəmdən (91,6%) yüksəkdir.

Preparat bu ilin mart ayının 4-dən etibarən EMA-da ekspertiza prosesinə cəlb olunub. Sözügedən qurum koronavirus peyvəndlərinin Avropa bazarında istifadəsinin təsdiqlənməsi işi ilə məşğul olur.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu

2021-ci il iyunun 2-si, çərşənbə günü Rusiyanın şimal paytaxtında start götürüb. Tədbirdə Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İyunun 2-dən 5-nə kimi davam edəcək forumda iştirakçılar dünya və Rusiya iqtisadiyyatının aktual problemləri, sosial və texnoloji inkişaf məsələlərini müzakirə edəcəklər.

Eləcə də oxuyun:

  • Azərbaycanda "Pfizer" vaksininin tətbiqinə başlanacaq - Tarix açıqlandı

  •  İki məşhur vaksinin müqayisəli ölüm göstəriciləri: etibarı düzəltmək istəyirdi...

  •  COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

Mövzu:
Yeni tip koronavirus pandemiyası (731)
Teqlər:
Sputnik-V peyvəndi, Avropa, Rusiya, tənqid, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu

Əsas mövzular