Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: SWIFT sisteminin "sanksiyalar spiralına" cəlb olunması təhlükəsi var

© Sputnik / Vladimir Baranov / Mediabanka keçidЗдание Министерства иностранных дел РФ (в центре), фото из архива
Здание Министерства иностранных дел РФ (в центре), фото из архива - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Beynəlxalq hüquq normalarına uyğun olaraq sanksiyaları yalnız legitim orqan – BMT təhlükəsizlik şurası tətbiq edə bilər.

BAKI, 31 may — Sputnik. SWIFT sistemi Rusiyaya qarşı "sanksiyalar spiralına" cəlb oluna bilər. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski açıqlama verib.

"Heç kimə sirr deyil ki, Rusiyanın SWIFT sistemindən çıxarılması ilə bağlı təhdidlər səslənir və ilk növbədə bu təhdidlər ABŞ-dan gəlir", — o bildirib.

Biriçevski eyni zamanda qeyd edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq sanksiyaları yalnız legitim orqan – BMT təhlükəsizlik şurası tətbiq edə bilər. Ayrı-ayrı ölkələrin və ya bir qrup ölkələrin birtərəfli qaydada gördüyü tədbirləri sanksiya adlandırmaq olmaz.

"Bizim Qərb tərəfdaşlarımızın etdiyini isə, daha çox öz istehsalçıları və öz maraqlarının dünya arenasında müdafiəsi üçün yaradılan maneələr adlandırmaq olar. Odur ki, SWIFT sisteminin bu "sanksiyalar spiralına" cəlb olunması təhlükəsi var", — deyə Biriçevski bildirib.

Diplomat xatırladıb ki, SWIFT-dən çıxarılacağı hal üçün Rusiya hazırda bu sistemin analoqunu hazırlayır.

Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.04.2021
RUSİYA
"Moskvanı cəzalandırmaq": Rusiya SWIFT sistemindən çıxarılsa, nə olacaq?

"Hələlik, biz belə başa düşürük ki, bu bundan söhbət getmir, lakin vəziyyətin necə olacağını qabaqcadan demək mümkün deyil və odur ki, buna hazır olmaq lazımdır. Rusiya artıq xeyli vaxtdır ki, bununla məşğuldur, çünki buna obyektiv zərurət var", — deyə o qeyd edib.

SWIFT beynəlxalq banklararası informasiya və ödəniş sisteminə dünyanın 200-ə qədər ölkəsindən 11 minə qədər təşkilat qoşulub. Mətbuatda mütəmadi olaraq Rusiyaya qarşı sərt sanksiyalardan biri kimi, ölkənin bu sistemdən çıxarması ilə bağlı təhdidlər səslənir. Bəzi Qərb siyasətçiləri də bununla bağlı çağırışlar edirlər.

Bütün bunlara baxmayaraq. Həmin təhdidləri reallaşdırmaq elə asan da deyil. Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, SWIFT — beynəlxalq özəl təşkilatdır və Aİ-nin hansısa ölkənin sistemdən çıxarılması ilə bağlı səlahiyyəti yoxdur. Rusiya Bankı sədrinin birinci müavinin Olqa Skoroboqatovanın sözlərinə görə, onun təmsil etdiyi qurum da belə bir riskin olduğunu düşünmür.

Eyni zamanda, risklərə cavab olaraq Rusiyanın artıq maliyyə məlumatlarının ötürülməsi ilə bağlı öz sistemi var. Son məlumatlara görə, həmin sistemə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Almaniya və İsveçrədən 23 xarici qurum qoşulub.

Həmçinin oxuyun: 

"Moskvanı cəzalandırmaq": Rusiya SWIFT sistemindən çıxarılsa, nə olacaq?

Xəbər lenti
0