14:00 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
11

Rusiyada bu xəstəliyə yoluxanların sayı 5 071 917 - ə çatıb. Rusiyada pandemiya yayılandan 121 501 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4 684 585-ə çatıb.

BAKI, 31 may — Sputnik. Son bir sutka ərzində Rusiyada 8475 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 339 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 5 071 917 - ə çatıb. Rusiyada pandemiya yayılandan 121 501 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4 684 585-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular