Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yekaterinburqda atışma: Yaralılar var

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidСотрудники Росгвардии у полицейской машины
Сотрудники Росгвардии у полицейской машины - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Pəncərədən açılan atəş nəticəsində küçədən keçən bir qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb.

BAKI, 30 may - Sputnik. Rusiyanın Yekaterinburq şəhərində bir kişi evin pənrəsindən küçədəki adamlara atəş açıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Qeyd olunur ki, polisə Borodin küçəsindəki evlərdən birinin pəncərəsindən atəş səsləri eşidildiyi barədə məlumat daxil olub. Polis dərhal hadisə yerinə gedib. 

Məlum olub ki, pəncərədən açılan atəş nəticəsində küçədən keçən bir qız və Rusiya Milli Qvardiyasının əməkdaşı yaralanıb. 

"Nəticədə qız (onun şəxsiyyəti müəyyənləşdirilib) və Rusiya Qvardiyasının əməkdaşı yaralanıblar, onlara tibbi yardım göstərilir", - xəbərdə deyilir.

Qızın vəziyyətinin ağır olduğunu bildirilir. 

"Qız ağır vəziyyətdədir, kişinin vəziyyəti isə orta ağırdır", - deyə Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidməti bildirib.

Hadisə yerində atəş açan adamın şəxsiyyəti, istifadə etdiyi silahın tipi müəyyənləşdirilir.

Xəbər lenti
0