Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın müdafiə naziri erməni həmkarı ilə danışdı

© Sputnik / Murad OrujovRusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Sonuncu dəfə Rusiya Federasiyasının müdafiə naziri öz erməni həmkarı ilə bu il mayın 20-də danışmışdı.

BAKI, 26 may — Sputnik. Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti, həmçinin qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər.

"Mayın 25-i axşam saatlarında Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyanla telefonla danışıb. Telefon danışığı zamanı regionda və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan rayonlardakı vəziyyət, o cümlədən qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, sonuncu dəfə Rusiya müdafiə naziri öz erməni həmkarı ilə mayın 20-də danışmışdı.

Xəbər lenti
0