Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Rusiyanın normal real gücünün olduğunu bəyan edib

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПресс-секретарь президента РФ Дмитрий Песков, фото из архива
Пресс-секретарь президента РФ Дмитрий Песков, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
"Hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən, rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da".

BAKI, 23 may — Sputnik. Rusiyanın real gücü var, lakin biz bu zirehli qatarı ehtiyatda saxlayırıq. Yumşaq gücümüzün üzərində hələ işləməliyik, lakin potensialımız çox dərindir. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Real gücümüz var və bildiyiniz kimi, bu zirehli qatar hələ ki, ehtiyat yolda durur və Allah eləməsin ki, onu oradan çıxaraq", - deyə Peskov Rusiyanın "Bilik" cəmiyyətinin maarifçilik marafonunda bildirib.

Peskov bildirib ki, rus dili dünyada ən çox yayılmış dil olmamasına rəğmən, o, yenə də böyük potensiala, ən əsası isə zəngin mədəniyyətə malikdir.

"Dünyada, yəqin ki, ən zəngin mədəniyyət var və biz də onlardan birinə aidik", - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi onu da əlavə edib ki, əlbəttə, Rusiya hələ özünü dünyaya tanıtmalıdır.

"Həm də, hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən, rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da", - deyə Peskov bildirib.

Xəbər lenti
0