Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət Duması Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qərar qəbul edib

© AFP 2023 / CHARLY TRIBALLEAUTokio səmasında təyyarə, arxiv şəkli
Tokio səmasında təyyarə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verir

BAKI, 19 may — Sputnik. Rusiya Dövlət Duması Açıq Səma Müqaviləsinin denonsasiyası haqqında qanun layihəsini qəbul edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, parlamentarilər qərarı yekdilliklə qəbul ediblər.

Federasiya Şurasının da sənədi elə həmin gün təsdiq edəcəyi planlaşdırılırdı. Lakin qurumun iclasının, ehtimal ki, yayın əvvəlinə qədər təxirə salındığı məlum olub.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və "soyuq müharibə"dən sonra Avropada sülhə inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verir.

Ötən ilin mayında ABŞ bu sazişdən çıxma proseduruna başlayıb və proses noyabrın 22-də başa çatıb.

Rəsmi Moskva isə bu ilin yanvarında sözügedən müqavilədən çıxdığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Vaşinqtonun hərəkətləri digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozur.

Rusiya Prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Ryabkovu məsələnin Fedaral Məclisdə müzakirəsində rəsmi nümayəndəsi təyin edib. Rusiya XİN dəfələrlə bu sahədə güzəştə getməyəcəyini bəyan edib.

Xəbər lenti
0