Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ vizaları, diplomatlar, Meduza-nın axırı nə olacaq – Mariya Zaxarova ilə geniş müsahibə

© © Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива
Официальный представитель Министерства иностранных дел России Мария Захарова, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik agentliyinə geniş müsahibə verib.

BAKI, 1 may – Sputnik. Niyə hazırda Rusiyada Amerikaya viza almaq olmaz, RF doğrudanmı “Meduza”ya qarşı diskriminasiya edəcək, Tacikistan-Qırğızıstan sərhədində olanları Moskva necə qiymətləndirir – Sualların cavabı Sputnik-də. Söhbətləşdi Pyotr Lidov.

Cavab tədbirləri

- Rusiya Avroparlamentin və Berlin prokurorluğunun rəhbərlərinə qarşı sanksiya tətbiq etdi. Eləcə də daha altı avropalı məmurun RF-ə girişi məhdudlaşdırıldı. Niyə məhz bu adamlar stop-siyahıya salındılar?

- Bu sadəcə insanların siyahısı deyil, bu, Rusiya XİN-in bəyanatıdır və içində də izahatı var. Bu, bizim kollektiv Qərb adlandırdığımız tərəfin dost olmayan, bəzən isə açıq düşmənçilik tədbirlərinə qarşı cavab tədbirləridir.

Uzun illər boyu biz Aİ-dən olan partnyortlarımıza yaranan məsələləri, problemləri mövcud diplomatik üsullarla – danışıqlar, məsləhətləşmələr, müxtəlif xüsusi kanallar – vasitəsilə həll etməyi təklif edirdik.

Üstəlik, Aİ yanında Rusiyanın daimi nümayəndəliyi, Rusiyada isə Avropa İttifaqının müvafiq nümayəndəliyi fəaliyyət göstərir. Bu kontaktlar gerçəkləşdirilir, ancaq ildən-ilə bütün real və uydurma problemlərə qəsdən kütləvi xarakter aşılamaq meylinin gücləndiyini görürük.

Yaranan problemləri həll etmək məqsədilə bizim bütün bunları konstruktiv məcraya yönəltmək cəhdlərimizin hamısı isə Aİ tərəfindən bloklanırdı.

Bu, Brüsselin özünü karlığa vurub, dilini işə saldığı şərtlərdə verdiyimiz cavab tədbiridir.

Açıq-şkar rusofobiya

Niyə məhz bu adamlar? Ona görə ki, bu adamların hamısı bizim ölkəmizə qarşı kəskin aqressiv mövqedən çıxış edib. Məncə, onların bəyanatlarını təkrarlamağa ehtiyac yoxdur, internetdə hamısı var.

Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
RUSİYA
Sergey Lavrov: "Donbasda müharibədən qaçmaq olar və lazımdır" - geniş müsahibə

Bu təkcə siyasi fiqurların fəaliyyəti deyil, biz ümumi aşkar rusofobiyadan danışanda onların marginal olduğu anlaşılır. Buraya Aİ ərazisindəki kütləvi informasiya vasitələri də aiddir axı.

Bir çox siyasi xadimlər sadəcə öz nöqteyi-nəzərlərini ortaya qoymurlar, onlar informasiya şirkətlərinin orbitlərinə daxil ediliblər, biz güclü informativ-siyasi məzmunla qarşılaşırıq. Bu siyasətçilərə nəinki züy tutulur, bir sıra kütləvi informasiya vasitələri həmin siyasi-informasiya kampaniyasının gerçəkləşdirilməsində iştirak edir.

Demokratiya şəraitində fikrini bildirməkdən söz gedirsə, bu ayrıdır, müqəddəs işdir. Amma biz tamamilə başqa situasiya qeydə alırıq: bu öncədən planlaşdırılmış, işlənib-hazırlanmış, məqsədi Rusiya Federasiyasının qarşısını almaq olan informativ-siyasi kampaniyanın reallaşdırılması ilə əlaqədardır.

Adətən, diplomatiya tarixində stop-siyahılardan söz gedərkən, bir qayda olaraq, bu fərdi siyahı dərc olunmur. Həmişə insanların sayı barədə bildirilirdi. Ancaq bizim qərbli həmkarlarımız adların açıqlanması və dərc olunması təcrübəsini işə saldılar. Biz kifayət qədər uzun müddət onları diplomatik etikaya riayət etməyə çağırdıq. Ancaq bu cəhdlərin məntiqi finalı gəldi.

Qərb bir fikir yürüdür: Rusiyanı eskalasiyanı artırmaqda günahlandırır, guya məhz Rusiyanın hərəkətləri ikitərəfli münasibətləri pisləşdirdi, deqradasiyaya gətirdi. Ancaq bu, düzgün deyil axı. Biz qərbli partnyorlarımızı belə hərəkətlərə təşviq edəcək bir iş tutmamışıq. Bu, Rusiya əleyhinə məqsədyönlü və indi anladığımız kimi, çoxdan planlaşdırılan siyasət imiş.  

Amerikalılar dalana dirəniblər

Obamanın Rusiyanı təcrid etmək, ölkəmizin əl-qolunu bağlamaq barədə bəyanatını yadınıza salın, o hətta bunun üçün hansısa ideoloji baza da hazırlamışdı. Həmin vaxt onlar heç qarşıdurmanın özləri tərəfindən başladıldığını gizlətməyi düşünmədilər də. Bu gün, hesab edirəm ki, istədiklərini ala bilməyincə onlar həmin hadisəni təzədən fırlatmağa başlayıblar, çünki dalana dirəniblər. Əgər bizim ölkəmizə qarşı başlatdıqları aqressiv siyasət bir nəticə verməyibsə, o zaman gərək gücsüzlüklərini, planlarının məhv olduğunu etiraf eləsinlər.

Onlar öz səhvlərini etiraf etməyi sevmir və bacarmırlar: nə indiki halda, nə də digər hallarda, bunlar arasında İraqı və Yaxın Şərqdəki bitməz-tükənməz digər müdaxilələrini göstərmək olar.

Onların Rusiyanı təcrid etmək məqsədilə hücumu puç olanda dərhal ideoloji konsepsiyanı dəyişdilər və dedilər ki, “Biz, kollektiv Qərb, ancaq Rusiyanın hərəkətlərinə qarşı cavab veririk”.

- ABŞ səfirliyi rusiyalılara qeyri-immiqrasiya vizalarının verilməsini dayandıracaq. Doğrudanmı diplomatik qurum bunun öhdəsindən əməkdaşlarının olmaması səbəbindən gələ bilmir?

- Bir neçə il ərzində ABŞ nəinki konsulluq sahəsində biabırçı vəziyyətdə işləyirdi, bütün konsulluq fəaliyyətlərini tamamilə heç etdi. Ancaq bunu özləri etdilər, Rusiya tərəfdən hansısa təsir tədbirləri olduğu barədə məlumatlarla pərdələndilər, ancaq bu, yalandır.

Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Zərif kartları ilk dəfə açıqladı: "Rusiya bunu heç istəmirdi"

Diplomatın hansı istqamətdə işlədiyi: mədəniyyət, iqtisadiyyat və ya konsulluq məsələləri ilə məşğul olması barədə qərarı ölkə özü verir. Müvafiq olaraq, Moskva Vaşinqtonu konsul əməkdaşlarının sayını azaltmağa məcbur etməyib, məhz konsulluq istiqamətində diplomatların sayının azaldılması Vaşinqtonun qərarıdır.

ABŞ-ın viza vermə sistemi – tam geridəqalmışlıqdır. Üzbəüz müsahibə aparılmayan heç bir yerdə viza vermirlər. Gözləmə müddətləri çox uzundur. Biz isə amerikalı vətəndaşlara 7-10 gün müddətində, özü də üzbəsurət müsahibə aparmadan viza veririk. Rusiyalı diplomatların ABŞ-dan çıxarılmasından sonra biz vizanın verilmə vaxtını uzatmadıq və işimizi də lazımi səviyyədə davam etdirdik.

- “Meduza”nın Rusiyada xarici agent elan olunması rusiyalı jurnalistlərin Latviyada sıxışdırılmasına cavab idi?

- Bu mövzuda spekulyasiyalar çox idi. Bizim cavab tədbirlərimiz qanunvericiliyin hazırlanması  üzrə idi, o hazırlanıb təsdiq edildikdən sonra isə sadəcə kütləvi informasiya vasitələrinin aid olduğu kriteriyaları tətbiq etmək qalırdı. Sadəcə qanun işə düşdü.

Bəli, “Meduza”nı xarici agent elan etdilər. Bu, Ədliyyə Nazirliyinin Rusiya qanunvericiliyinə müvafiq olan qərarı idi. Ancaq bir xarici siyasət idarəsi kimi bizim üçün o, balaca və ya böyük KİV-ə dönmədi, sadəcə xarici kütləvi informasiya vasitəsi olaraq qaldı.  Onlar suallar göndərirlər - biz də cavab veririk. Onlar zəng edirlər - biz dəstəyi qaldırırıq. Bu mənada onları qəti olaraq heç bir halda diskriminasiyaya uğratmırıq. Nə vaxtdır RT və Sputnik səhifələrində ABŞ-ın rəsmi şəxsləri görünürlərmi? Yox. Onlar hətta bunu etməyəcəklərini gizlətmirlər də.

Bir çox Qərb ölkələrində nəinki RT ilə Sputnik-lə ünsiyyətdə məmurlara qadağa qoyulub, hətta Rusiya KİV ilə əməkdaşlığa görə insanlara hədə-qorxu gəlinir.

- Qırğızıstanla Tacikistan hərbi qarşıdurmaya getdilər. Bundan yeni bir Qarabağ münaqişəsi alınmaz ki? Rusiya bu münaqişədə daha aktiv rol oynaya bilərmi?

- Biz Qırğızıstan və Tacikistanda baş verən hadisələri həyəcanla izləyirdik. Söhbət sərhədin mübahisəli ərazisində vəziyyətin gərginləşməsindən gedir. Təəssüf ki, silahlı toqquşmalar nəticəsində ölənlər və yaralılar var. Biz həlak olanların qohumlarına başsağlığı diləklərimizi çatdırır, xəsarət alanların tezliklıə sağalmalarını arzulayırıq.  

Əlbəttə, biz aprelin 30-na keçən gecə tərəflər arasında əldə olunan atəşkəs barədə razılaşmanı, gərgin vəziyyətin danışıqlar mərhələsinə daşınmasını alqışlayırıq. İrəliyə doğru mühüm addım atılıb, çünki söhbət qüvvələrin, hərbi texnikanın geri çəkilməsindən gedirdi.

Президент США Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Bayden: "ABŞ Rusiya ilə eskalasiya istəmir"

Biz Bişkeklə Düşənbənin birgə işçi qrup yaratmaq qərarını dəstəkləyirik. Onun vəzifələrinə həm əhalini məlumatlandırma, həm də həmin zonada vəziyyətin monitorinqi daxil olacaq.

Rusiya Qırğızıstan və Tacikistanla müttəfiqlik, strateji tərəfdaşlıq prinsipinə riayət edərək istənilən mübahisəli məsələnin siyasi-diplomatik üsullarla həllinə hər cür kömək göstərməyə hazırdır.

Xüsusi diqqət çəkmək istədiyim məqam var. Müsahibədən öncə Qırğızıstan və Tacikistan hökumətlərinin Rusiyada yaşayan diaspor üzvlərinə təxribatçı fəaliyyətlərə uymamaq çağırışını gördüm.

Bu, vacib bəyanatdır. Yəni siyasətçilər, hakimiyyətdə olanlar baş verənlərə yüksək səviyyədə şüurla yanaşaraq, vəziyyətin dramatikliyini nəzərə alaraq insanları təsir altına düşməməyə, emosiya və təxribatlara uymamağa çağırırlar.

Xəbər lenti
0