Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdülər

© Sputnik / Anton Denisov, Alexey Drujinin / Mediabanka keçidЗвезда на Водовзводной башне Московского Кремля
Звезда на Водовзводной башне Московского Кремля - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Baş Qərargah rəislərinin görüşündə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

BAKI, 30 aprel - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.

Sputnik Ermənistan xəbər verir ki, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib. Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

Xəbər lenti
0