Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada ən böyük müsəlman nəşriyyatının rəhbəri həbs edildi

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQandal, arxiv şəkli
Qandal, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
FTX qeyd edib ki, "Umma" Rusiyada ən böyük müsəlman nəşriyyatıdır. Nəşr olunan ədəbiyyatın bir hissəsi Rusiya Ədliyyə Nazirliliyi tərəfindən qadağa olunub, ekstremist xarakter daşıyır və "ümumdünya xilafət" ideyasını təbliğ edir.

BAKI, 30 aprel — Sputnik. Moskvada İŞİD terror təşkilatını maliyyələşdirmək ittihamı ilə Rusiyada ən böyük müsəlman nəşriyyat evi "Umma"nın yaradıcısı Aslambek Ejaev həbs edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidmətinin birgə yaydığı məlumatda bildirilir.

İstintaqın versiyasına görə, 2012-ci ildən bəri o dəfələrlə kontragentlərlə gizli görüşlər keçirərək İŞİD üçün nəzərdə tutulan vəsait alıb.

Bundan sonra o, Rusiyada axtarışda olan şəxslərə 34 milyon rubldan (771 min AZN-dan çox) çox vəsait köçürüb.

Ejaevin evləri və bağ evlərində aparılan axtarışlar zamanı terrorçuların maliyyələşməsi üçün bank kartları, informasiyanın ötürülməsi üçün texniki vasitələr, qadağan olunmuş ədəbiyyat və ekstremist atributlar aşkarlanıb. Onun yaxın qohumlarının evində isə satış üçün nəzərdə tutula narkotiklərin istehsalı üçün laboratoriya aşkarlanıb.

FTX qeyd edib ki, "Umma" Rusiyada ən böyük müsəlman nəşriyyatıdır. Nəşr olunan ədəbiyyatın bir hissəsi Rusiya Ədliyyə Nazirliliyi tərəfindən qadağa olunub, ekstremist xarakter daşıyır və "ümumdünya xilafət" ideyasını təbliğ edir.

İstintaq Komitəsinin məlumatına görə, Nəşriyyat evi pul yığılması və köçürülməsi üçün istifadə olunub. Ekspertlər nəşr edilən kitabları esktremist xarakterli olması barədə rəy çıxarıblar, lakin Ejaev formal olaraq əsərlərin adlarını dəyişib və onları yenidən nəşr edib. Bu materiallar məhbuslar arasında yayılıb.

Xəbər lenti
0