Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya hərbi xərclərin həcminə görə ilk beşlikdədir: Dünyada və MDB-də tendensiyalar

© Sputnik / Host photo agency / Ilya Pitalev / Mediabanka keçidБоевая машина поддержки танков (БМПТ) "Терминатор" во время военного парада Победы
Боевая машина поддержки танков (БМПТ) Терминатор во время военного парада Победы - Sputnik Azərbaycan, 1920, 27.04.2021
Abunə olmaq
Silahlanmaya xərclənən dollarlar: hansı ölkələr hərbi xərclərini artırırlar? Silahlanmaya xərclənən dollarlar: hansı ölkələr hərbi xərclərini artırırlar?

BAKI, 27 aprel — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutunun (SIPRI) hesabatına görə, 2020-ci ildə Rusiya hərbi xərclərin həcminə görə $61,7 milyard rəqəmlə dünyada dördüncü yeri tutub. "Global Firepower"-in reytinqində isə Rusiya hərbi qüdrətinə görə dünyada ikinci yerdədir. Bu cür paradoks dövlət idarəetməsinin yüksək səviyyəsindən, hərbi quruculuq strategiyasının düzgünlüyündən və Rusiya müdafiə sənayesi kompleksinin səmərəliliyindən xəbər verir.

Planet miqyasında hərbi xərclərin tədricən artım tendensiyasının (2,6%) qalmasına rəğmən Rusiya 2020-ci ildə ölkənin təsdiq olunmuş hərbi xərclər büdəsindən 6,6% daha az vəsait xərcləyib. Belə ki, əgər 2019-cu ildə Rusiyanın hərbi xərclərinin həcmi $65,1 milyard olubsa, 2020-ci ildə bu rəqəm $3,4 milyard azalıb. Odur ki Moskvanın məqsədi heç də fasiləsiz silahlanma deyil. Ölkənin müdafiə qabiliyyəti şüurlu və qaneedici olmalıdır.

Müdafə təyinatlı xərclərin həcminə görə dünyada ilk beşliyə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya daxildir. Bu ölkələrin həmin məqsədlərə xərclədiyi vəsait ümumilikdə dünyada hərbi xərclərin ($1,98) 62%-ni təşkil edir.

"Global Firepower"-in reytinqinə əsasən Çin hərbi gücünə görə üçüncü yerdə qərarlaşıb. Bu siyahıda Hindistan dördüncü yeri tutur. Böyük Britaniya isə bu parametrə görə heç ilk beşliyə də daxil deyil və 8-ci yerdə qərarlaşıb.

Göstərilən reytinqlərdə Rusiyanın bu cür paradoksal vəziyyəti həmçinin ölkədə yüksək texnoloji silahların işlənib hazırlanması ilə bağlıdır. Maraqlıdır ki, "Global Firepower" Rusiyanı hərbi xərclərin həcminə görə 11-ci yerə qoyub. Bu, müxtəlif təşkilatların fərqli hesablama metodikalarından istifadəsi ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, hərbi xərclər hökumətin silahlı qüvvələrin saxlanmasına çəkdiyi bütün məsrəfləri, o cümlədən əmək haqqı (pul təminatı), silah və texnika alınması, hərbi quruculuq, elmi-tədqiqat və təcrübə-konstruktor işləri, idarəetmə və arxa cəbhə xərclərini ehtiva edir. Bilavasitə silahlanmaya çəkilən xərclər isə ümumilikdə hərbi xərclərin az hissəsini təşkil edir.

Təbii ki, hərbi xərclər həmişə "şəffaf" olmur və bu mənada SIPRI-nin reytinqi də nisbidir. Altı, yaxud doqquz sıfırlı göstəricilər qoşunların real döyüş hazırlığını əks etdirmir. Belə ki, NATO-nun hərbi xərcləri 2020-ci ildə bir trilyon dolları ötüb. Bu, Rusiyanın hərbi xərclərindən 25 dəfə çoxdur. Buna baxmayaraq, Qərb koalisiyası 20 il taliblərlə döyüşməsinə baxmayaraq qalib gələ bilməyərək Əfqanıstanı biabırcasına tərk edir.

Postsovet məkanı

Rusiyanı nəzərə almasaq, MDB ölkələrinin hərbi xərcləri çox az görünür və bu ölkələr reytinqlərdə lider ölkələrdən xeyli uzaqda dayanır.

© Sputnikİnfoqrafika: Yaxın xaricdəki hərbi xərclər
Rusiya hərbi xərclərin həcminə görə ilk beşlikdədir: Dünyada və MDB-də tendensiyalar - Sputnik Azərbaycan, 1920, 27.04.2021
İnfoqrafika: Yaxın xaricdəki hərbi xərclər

Rusiyanın "az vəsait hesabına ən yaxşı nəticə" hərbi quruculuq strategiyası postsovet məkanına da proyeksiya olunur. Moskva müttəfiqlərinə də silahlarla kömək edir – onlara silahlar Rusiyanın daxili qiymətləri ilə satılır, yaxud bəzi silahlar ümumiyyətlə peşkəş olunur. Xatırladım ki, SIPRI-nin bir qədər əvvəl dərc olunmuş 2016-2020-ci illər üçün silah ixracı barədə hesabatında Rusiya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Bu özünəməxsus şəkildə hərbi xərclərin gəlirlərə və MDB kollektiv təhlükəsizlik sisteminə (KTMT) çevrilməsi deməkdir.

Məsələn, 2015-ci ildən etibarən Qazaxıstan MDB ölkələrində ilk olaraq Rusiyadan güzəştli şərtlərlə 12 ədəd Su-30SM qırıcı-bombardmançıları, Mi-171Ş və Mi-35 hərbi-nəqliyyat və zərbə vertolyotlarını, habelə İl-76MD-90A təyyarələrini alıb. Bundan əvvəl isə Qazaxıstan pulsuz olaraq Su-24 bombardmançıları, MiQ-31 və MiQ-29 qırıcılarını, S-300 zenit-raket komplekslərini (ZRK) alıb.

Belarus da Rusiyadan geniş çeşiddə silah alır. Bir müddət əvvəl respublikanın Müdafiə Nazirliyi S-400 ZRK-larının alınması üçün müqavilənin hazırlandığını bildirib. Bundan əlavə, ölkənin hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunları üçün dörd S-300PS ZRK divizionu artıq alınıb. Bir qədər əvvəl isə Belarus Rusiyadan səkkiz S-300PMU-1 komplekti, dörd ədəd Top-M2 ZRK (batareya) və onlar üçün raketlər partiyası (2017-ci il müqaviləsi əsasında) alıb ki, onların da əksəriyyəti güzəştli və pulsuz şərtlər daxilində verilib.

Ermənistana pulsuz olaraq iki S-300 ZRK divizionu verilib (MDB birgə hava hücumundan müdafiə sisteminin formalaşması çərçivəsində). Bundan əlavə, Ermənistan Rusiyadan dörd ədəd "İskander-E" raket komplekslərini idxal etmiş ilk ölkədir. Daha sonra Ermənistan Rusiyadan 12 ədəd Su-30SM qırıcıları, Buk-M1-2, Top-M2KM, Osa-AK mükəmməl ZRK-larını, həmçinin TOS-1A "Solnsepyok" ağır odsaçan sistemləri alıb. Moskva Ermənistana silahları ölkədaxili qiymətlərlə satır və $300 milyonluq dövlət krediti ilə də dəstəkləyir.

Təbii ki, istənilən silah sadəcə bir alətdir və ondan istifadə edə bilən mahir əllərin olmasını tələb edir. Bilik və bacarıq əldə olunması zamanla mümkündür və daha az məsrəf tələb edir.

Digər tərəfdən, NATO-da uzun illər təmsil olunmalarına rəğmən Baltikyanı ölkələrin büdcəsi bir ədəd belə döyüş təyyarəsi, tank və gəmi almağa imkan verməyib (köhnə minaaxtaran gəmilər və yeni katerlər nəzərə alınmır). Polşa faktiki olaraq sonuncu "Orzel" sualtı qayığını artıq itirib, ölkənin suüstü donanması isə deqradasiya etməkdə davam edir. Rumıniyada keçmiş Sovet "MiQ"ləri ömrünü başa vurur. Bu isə NATO-nun qoşunları nəzərəçarpacaq dərəcədə inkişaf etdirmədən, hipersəs raketləri olmadan, Əfqanıstan, İraq, Suriya və digər qaynar nöqtələrdə hərbi qələbə qazanmadan böyük pulların "küləyə sovrulması" strategiyasının bariz təcəssümüdür.

İstənilən halda hazırda və yaxın gələcəkdə dünyanın bir çox ölkələri daxili siyasi qeyri-sabitliklə mübarizə aparmağa məcburdurlar – ya vətəndaş müharibəsi həddindədirlər, ya da hərbi əməliyyatların köməyi ilə beynəlxalq terrorizmə qarşı mübarizə aparırlar. Bütün bunlar isə hərbi xərclərin gələcək artımını müəyyənləşdirir.

Xəbər lenti
0