22:16 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0390
  • RUB0.0235
RUSİYA
Qısa URL
62

Daha əvvəl ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb.

BAKI, 26 aprel — Sputnik. Birləşmiş Ştatlar tərəfindən "erməni soyqırım"ının tanınması bu ölkənin daxili məsələsidir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, Birləşmiş Ştatların daxili işidir", - deyə Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden 24 apreldə qondarma "erməni soyqırımı" ilə bağlı ənənəvi çıxışında 1915-ci ildə Osmanlıda baş verən hadisələri "soyqırım" adlandırıb.

Bayden açıqlamasında deyib: "Ermənilərin hekayəsini şərəfləndiririk. Acılarını görürük. Tarixi təsdiqləyirik. Bunu günahlandırmaq üçün deyil, yaşananların təkrarlanmamasını zəmanət altına almaq üçün edirik".

Teqlər:
uydurma "erməni soyqırım", Co Bayden, ABŞ, Rusiya

Əsas mövzular