Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "YouTube"-u müntəzəm senzurada ittiham etdi

© AFP 2023 / ROBYN BECKОфис YouTube в Лос-Анжелесе
Офис YouTube в Лос-Анжелесе - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
"Roskomnadzor"-da belə hesab edirlər ki, bəzi video-materiallar izləyicilərə "Qərbdə qəbul edildiyindən daha fərqli mövqedən təqdim olunduğuna görə "YouTube" tərəfindən bloklanır.

BAKI, 24 aprel — Sputnik. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarəti üzrə Federal Xidməti ("Roskomnadzor") "YouTube" rəhbərliyi tərəfindən yaş kateqoriyasına uyğun gəlməməsi bəhanəsi ilə Rusiya KİV-lərində yerləşdirilən məzmuna dair müntəzəm senzura barədə məlumat yayıb. Bu haqda Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verib.

"YouTube" administrasiyası belə hesab edir ki, Rusiya federal kanallarında yayımlanan və yaş məhdudiyyəti olmayan filmlər yalnız yetkinlik yaşına çatmış izləyicilər üçün əlçatan ola bilər. Bir çox videoçarxlar "YouTube"-da avtorizasiyadan və ya böyüklər üçün nəzrədə tutulmuş məzmuna baxmaq üçün əlavə razılıq verildikdən sonra yayımlanır", - deyə qurumdan bildirilib.

"Roskomnadzor"-da belə hesab edirlər ki, əslində sözügedən video materiallar izləyicilərə "Qərbdə qəbul edildiyindən daha fərqli mövqedən təqdim olunduğuna görə YouTube tərəfindən bloklanır.

"Rusiyanın faşizm üzərində qələbəyə tarixi töhfəsini, Beslandakı faciəvi hadisələri əks etdirən videolar uydurma bəhanərlə bloklanır. "YouTube" Rusiya prezidentinin müraciətinin NTV kanalının rəsmi hesabından yayımlanmasına qoyulan qadağanı isə təsadüfi səhv kimi izah edir", - deyə qurumdan bildirilib.

"Roskomnadzor"-un məlumatına əsasən, "YouTube" 2020-ci ildə Rusiya KİV-lərinin hesablarına doqquz dəfə və onların materiallarına üç dəfə girişi məhdudlaşdırıb. 2021-ci ilin dörd ayında isə Rusiya KİV-lərinə məxsus üç hesab və beş video-material blok edildib. Məhdudiyyətlər NTV, Rossiya 24, TVS, Russia Today, eləcə də Sputnik-in rəsmi hesablarını əhatə edib.

"Bundan başqa, "YouTube" Rusiya Federasiyası himnini özündə əks etdirən videçarxlara da məhdudiyyətlər tətbiq edib və bunu güya xarici müəlliflərə aid müəllif hüquqlarının pozulması ilə izah edir", - deyə məlumatda vurgulanır.

Qurumdan onu da bildiriblər ki, 2020-ci ilin əvvəllərindən bəri video-hostingin rəhbərliyinə Rusiya KİV-lərindəki məhdudiyyətlərin ləğvi tələbi ilə 29 məktub göndərilsə də (onlardan yeddisi təkrar müraciətlərdən ibarətdir), onların əksəriyyəti cavabsız qalıb.

Bundan başqa, "Roskomnadzor" "YouTube"-un 2012-ci ildən bəri qurum tərəfindən müəyyən edilmiş 71 mindən çox uşaq pornoqrafiyası, ekstremizm çağırışları, narkotik, intihar məzmunu daşıyan və digər ictimai təhlükəli məlumatları silmədiyini iddia edir.

Qeyd edək ki, bir qədər bundan əvvəl "YouTube"-un Avropa, Afrika və Yaxın Şərqlə əlaqələr üzrə direktoru Marko Pançini "Kommersant" qəzetinə müsahibəsində video-hostinqin Rusiya mətbuat materiallarına, xüsusən də son vaxtlar məzmununun pessimizasiyasından şikayətlənən RT kanalına, həmiçinin Aleksandr Roqatkinin "Beslan" filmi kimi yerli filmlərə girişi xüsusi şəkildə məhdudlaşdırmadığını bəyan etmişdi.

Onun sözlərinə görə, videoların "tövsiyə olunanlar" və ya "trendlər" siyahısına düşməsi üçün onların obyektiv meyarlara cavab verməsi tələb olunur. Bundan başqa "YouTube" alqoritmləri istifadəçi seçimlərini nəzərə alır, bu səbəbdən RT də digər beynəlxalq media şirkətləri kimi istifadəçi baxışları üçün rəqabət aparmalıdır.

"YouTube"-da hər hansı bir qərəz və ya senzura yoxdur. Biz bu məsələlərə ciddi yanaşırıq. Mədəni-tarixi məzmuna hörmət edirik və dəyər veririk, əgər videoda bu varsa, nəzərə alırıq. Bununla belə, gənc tamaşaçı qarşısında da məsuliyyət daşıyırıq. Bu cür videoları diqqətlə araşdırırıq və videonun əvvəlində bəzi izləyiciləri heyrətləndirə biləcək məqamların olduğu barədə xəbərdarlıq edirik. "YouTube" bütün dünyada bu cür fəaliyyət göstərir", - deyə Pançini vurğulayıb.

Xəbər lenti
0