Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqu erməni həmkarı ilə Qarabağı və Ermənistan ordusunda islahatları müzakirə edib

© Sputnik / Murad OrujovRusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında
Rusiya Müdafiə Naziri Sergey Şoyqu Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında - Sputnik Azərbaycan, 1920, 24.04.2021
Abunə olmaq
Tərəflər, həmçinin Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

BAKI, 24 aprel — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə nazirləri Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətini, həmçinin Ermənistan ordusunda başlayan islahatların əsas istiqamətlərini müzakirə ediblər.

Tərəflər, həmçinin Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0