07:31 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
392 0 0

"Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır", - Rusiya XİN-in sözçüsü.

BAKI, 22 aprel - Sputnik. Rusiya Azərbaycan və Ermənistanı revanşist və militarist ritorikadan çəkinməyə çağırır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bəyan edib. 

O qeyd edib ki, bu cür ritorika regionu yenə müharibə həddinə gətirib çıxara bilər.

"Hesab edirik ki, Bakı və İrəvanın bəyanatları, praktiki addımları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmalarına uyğun olmalıdır. O ki qaldı regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına, bu məsələ də ifadə etdiyim məntiqə əsaslanır”, - deyə Zaxarova əlavə edib. 

Teqlər:
Ermənistan, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Mariya Zaxarova, Rusiya XİN, Rusiya

Əsas mövzular