Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Balıqçılar Avstraliya sahillərində nəhəng ton balığı tutublar

© Depositphotos.com / DeltaoffРыбацкая лодка в море
Рыбацкая лодка в море - Sputnik Azərbaycan, 1920, 21.04.2021
Abunə olmaq
İndiyə qədər Yeni Cənubi Uelsdə ən böyük rekord 185 sm uzunluqda və 148 çəkiyə malik balığa məxsus idi. Alimlərə məlum olan ən iri Sakit okean göy ton balığının isə çəkisi 450 kq olub.

BAKI, 21 aprel — Sputnik. Avstraliyanın Yeni Cənubi Uels ştatı sahillərində balıqçılar öz orta göstəricilərindən dörd dəfə ağır olan ton balığı tutmağa müvəffəq olublar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 271 kq çəkisi olan Sakit okean göy ton balığı qarmaq üsulu ilə balıq tutan balıqçı gəmisinin şikarına çevrilib.

Xatrıladaq ki, bu üsulla balıq tutmaq üçün ucunda yem bərkidilmiş çoxsaylı qarmaqları olan qurğu suya salınır.

İndiyə qədər Yeni Cənubi Uelsdə ən böyük rekord 185 sm uzunluqda və 148 çəkiyə malik balığa məxsus idi. Alimlərə məlum olan ən iri Sakit okean göy ton balığının isə çəkisi 450 kq olub.

Ümumiyyətlə Sakit okean göy ton balığının orta çəkisi 60 kq-a çatır. Lakin Avstraliya balıqçıları 40-50 kq-lıq balıqlara daha çox üstünlük verir və daha iri balıqları bir qayda olaraq Yaponiyaya satırlar.

Xatırladaq ki, 2020-ci ildə Kaliforniya sakininin hava şarı vasitəsilə nadir göy ton balığını tutduğu barədə xəbər yayılıb. Həmin balığın çəkisi 165 kq, uzunluğu 2,05 metr, gövdəsinin çevrə uzunluğu isə 1,54 metr olub.

 

Xəbər lenti
0