18:04 15 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
11 0 0

Bu gündən etibarən hava limanının tibbi-sanitar hissəsində ÜST-ün standartlarına uyğun yeni tip sənəd əldə etmək mümkündür.

BAKI, 20 aprel — Sputnik. Moskvanın "Domodedovo" hava limanı peyvənd pasportlarını – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğun olaraq COVID-19-a qarşı peyvənd haqqında sənədi  – verməyə başlayıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"-yə istinadla məlumat yayıb.

"Bu, peyvənd və profilaktika haqqında beynəlxalq sertifikatdır", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin mart ayından etibarən "Domodedovo" Rusiya hava limanları arasında ilk dəfə olaraq COVID-19-a qarşı rus, ingilis, alman və fransız dillərində beynəlxalq peyvənd sertifikatları təqdim etməyə başlayıb.

"Bu gündən isə "Domodedovo"nun tibbi-sanitar hissəsində yeni tip sənəd - rus və ingilis dillərində ÜST-ün standartlarına uyğun peyvənd pasportu əldə etmək mümkündür", – deyə hava limanının məlumatında qeyd olunur.

"Domodedovo" aeroportunun baş həkimi Sergey Maxnevin sözlərinə görə, təyyarə ilə tez-tez uçan sərnişinlərin yalnız koronavirus deyil, bütün vaksinlərlə bağlı məlumatların əks olunduğu peyvənd pasportu əldə etmələri daha məqsədəuyğundur.

"Bu sənəd artıq xarici dövlətlərdə də tanınır", – deyə baş həkim vurğulayıb.

Peyvənd pasportu əldə etmək üçün aeroportun tibb məntəqəsinə yaxınlaşıb Rusiya Federasiyasının dövlət xidmətləri portalında qeydiyyatdan keçmiş peyvənd sertifikatını, eləcə də şəxsiyyət vəsiqəsi və pasportu təqdim etmək lazımdır.

"Domodedovo" aeroportunun ərazisində, həmçinin COVID-19-a qarşı vaksinasiya məntəqəsi də fəaliyyət göstərir. Həftə içi saat 9.00-dan 16.00-dək sərnişin terminalının ikinci mərtəbəsindəki "Uçub gələn sərnişinlər" ("Arrival") zonasında pulsuz peyvənd olunmaq mümkündür.

Əsas mövzular