Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Baydenin təklifini qəbul etdi

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Vladimir Putin qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş geniş əməkdaşlıq kontekstində Rusiyanın problemə yanaşmalarını açıqlayacaq.

BAKI, 19 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünya liderlərinin 22-23 aprel tarixində baş tutacaq iqlim məsələri ilə bağlı sammitində videokonfrans vasitəsi ilə çıxış edəcək. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Bir qədər bundan əvvəl Ağ Evin mətbuat xidməti ABŞ Prezidenti Co Baydenin 22-23 aprel tarixlərində virtual formatda təşkil olunacaq iqlim sammitinə Putin də daxil olmaqla 40 dünya liderini dəvət etdiyini bildirmişdi.

"Rusiya Prezidenti Vladimir Putin 22 aprel tarixində videokonfrans vasitəsi ilə dünya liderlərinin iqlim sammitində çıxış edəcək. Vladimir Putin qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş geniş əməkdaşlıq kontekstində Rusiyanın problemə yanaşmasını açıqlayacaq", - deyə məlumatda qeyd olunur.

 

Xəbər lenti
0