Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva ABŞ-ın rus diplomatları ölkədən çıxarmasına cavab verdi: Səkkiz amerikalıya qadağa

© AFP 2023 / VASILY MAXIMOVКремль, фото из архива
Кремль, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
"On diplomat bizə verilən siyahıya salınıb və xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Biz buna qarşılıqlı cavabı verəcəyik. On ABŞ diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, - Lavrov.

BAKI, 16 aprel - Sputnik. Rusiya ABŞ-ın 10 rusiyalı dipliomatı ölkədən çıxarmasına qarşılıqlı cavabı verəcək. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"On diplomat bizə verilən siyahıya salınıb və xahiş olunub ki, onlar ABŞ-dan getsinlər. Biz buna qarşılıqlı cavabı verəcəyik. On ABŞ diplomatının ölkəmizi tərk etməsini təklif edəcəyik”, - Rusiya XİN başçısı deyib.

Lavrov Moskvanın sanksiya siyahısına düşən amerikalı məmurların siyahısının bu gün dərc olunacağını da söyləyib.

Lavrovun dediklərindən sonra 8 ABŞ vətəndaşının Rusiya ərazisinə girişinə qadağa qoyulub.

Sanksiya tətbiq olunanlar arasında ABŞ-ın Baş Prokuroru Merrik Qarland, Daxili İşlər naziri Aleksandr Mayorkas və Milli Kəşfiyyat İdarəsinin direktoru Maykl Karbaxal da var.

Bundan başqa, Moskva ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Vuls və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Suzan Raysa da ölkəyə girişi yasaqlayıb.

Xəbər lenti
0