Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyə ilə hava nəqliyyatına məhdudiyyət tətbiq edə bilər

© Sputnik / Ilya Naymushin / Mediabanka keçidСамолеты авиакомпании "Аэрофлот"
Самолеты авиакомпании Аэрофлот  - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Rusiya KİV-in yaydığı xəbərə görə, böyük ehtimalla, aprelin 12-dən etibarən bu ölkədən Türkiyəyə müntəzəm və çarter uçuşları məhdudlaşdırılacaq.

BAKI, 10 aprel — Sputnik. Rusiya koronavirusla əlaqədar vəziyyətə görə Türkiyəyə təyyarə uçuşlarında məhdudiyyətlər tətbiq edə bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, Rusiya Nəqliyyat Nazirliyindəki mənbə və iki turizm operatorunun təsdiq etdiyi xəbərə görə, böyük ehtimalla 12 aprel tarixindən etibarən Rusiyadan Türkiyəyə müntəzəm və çarter uçuşları məhdudlaşdırılacaq, ancaq bu qərar ixrac və yük-sərnişin uçuşlarına təsir göstərməyəcək.

Люди гуляют по Галатскому мосту в Стамбуле, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
CƏMİYYƏT
Ramazan ayında Türkiyəyə getmək istəyənlərin diqqətinə

Bununla belə, Rusiya Böyük Britaniya məsələsində olduğu kimi, Türkiyə Respublikası ilə hava nəqliyyatını tamamilə dayandırmağı planlaşdırmır. Ancaq Türkiyədən qayıdan ruslara 14 günlük karantin tətbiq edilə bilər.

Turizm şirkətlərindən isə bildiriblər ki, bu günə qədər müştərilər əvvəlcədən aldıqları biletlərin ləğv olunması ilə bağlı onlara müraciət etməyiblər. Ancaq hər gün müştərilərdən zəng mərkəzlərinə sərhədlərin bağlanma ehtimalı ilə bağlı çoxlu sayda suallar daxil olur.

Qeyd edək ki, Türkiyədə son bir neçə həftədə COVID-19-a gündəlik yoluxma sayında böyük artım qeydə alınıb. Aprel ayının əvvəlindən etibarən ölkədə gündəlik təxminən 40 mindən çox yeni yoluxma halı baş verir. Bir gün əvvəl isə bu göstərici 56 minə yaxınlaşıb. "Rospotrebnadzor"un rəhbəri Anna Popovanın da qeyd etdiyi kimi, Rusiyaya ən çox SARS-CoV-2 ştammını məhz Türkiyədən qayıdanlar gətirirlər.

 

Xəbər lenti
0