10:28 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (685)
10 0 0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir il əvvəl fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 10 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 8704 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 402 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4545095-ə çatıb. Rusiyada pandemiya yayılandan 102649 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4258279-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134,7 milyonu keçib, 2,91 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən il fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (685)
Teqlər:
statistika, Rusiya, Koronavirus

Əsas mövzular