14:52 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (686)
23 0 0

Xüsusi araşdırma aparılacaq. Bu araşdırma nəticəsində anticisimlərin səviyyəsi aşağı olan şəxslər təkrar vaksinasiya ediləcəklər.

BAKI, 10 aprel — Sputnik. Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Ginzburq ümid edir ki, COVID-19 əleyhinə vaksinin yaratdığı immunitet ömürlük olacaq. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Peyvəndin bir-iki il deyil, ömür boyu qoruyacağına ümid edirəm. İki dəfə iynə vurdur, 5-10 il, daha artıq yaşa. Dediyim ki, mən anticisimlərimi öz nəslimə vəsiyyət edəcəyəm", - deyə Ginzburq bildirib.

O əlavə edib ki, xüsusi araşdırma aparılacaq. Bu araşdırma nəticəsində anticisimlərin səviyyəsi aşağı olan şəxslər təkrar vaksinasiya ediləcəklər.

"Əgər onların anticisimləri ikinci, üçüncü və ya dördüncü gün qoruyucu səviyyəyə qədər qalxsa, deməli, onlarda yaddaş hüceyrələri formalaşıb. Yəni onlarda ilkin vaksinasiyadan sonra immun cavabı qalıb. Bu araşdırmanı bir il yarım ərzində keçirəcəyik", - Ginzburq bildirib.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (686)
Teqlər:
təsir, immunitet, Rusiya, Sputnik-V peyvəndi, vaksin

Əsas mövzular