04:26 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
RUSİYA
Qısa URL
17

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov: "Prezident bu günü diqqətdən kənarda qoya bilməzdi".

BAKI, 9 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin hər il aprelin 12-də qeyd olunan Kosmonavtika Günü ilə bağlı planlarını açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadla xəbər verir ki, Peskov Putinin həmin gün dünyanın ilk kosmonavtı Yuri Qaqarinin yerə eniş etdiyi "Engels" Hərbi Aerodromuna uçacağını bildirib.

"Prezident bu günü diqqətdən kənarda qoya bilməzdi. O, "Engels"-ə uçacaq, Qaqarinin eniş etdiyi yerə baş çəkəcək. Orada sanballı muzey-park kompleksi yaradılıb", – deyə prezidentin mətbuat katibi bildirib.

Qeyd edək ki, bu il aprel ayının 12-də "Vostok" raket daşıyıcısının Sovet kosmonavtı Yuri Qaqarinlə birlikdə "Vostok-1" kosmik gəmisini orbitə çıxarmasından 60 il keçir. Qaqarin kosmosa səyahət edən ilk insan olub.

Əsas mövzular