16:37 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
28 0 0

Pandemiya başlayandan Rusiyada spirtli içki qəbulu ilə bağlı göstəricilər yüksəlib. Ekspertlər rusların özlərini koronavirusa yoluxmadan sığortalamaq üçün içki qəbulunu artırdıqları qənaətindədirlər.

BAKI, 1 aprel — Sputnik. Son bir sutka ərzində Rusiyada 9169 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 383 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4554264-ə çatıb. Rusiyada pandemiya yayılandan 99233 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 4176419-a çatıb.

Pandemiya başlayandan Rusiyada spirtli içki qəbulu ilə bağlı göstəricilər yüksəlib. Ekspertlər rusların özlərini koronavirusa yoluxmadan sığortalamaq üçün içki qəbulunu artırdıqları qənaətindədirlər. Lakin rəqəmlər göstərir ki, "vodka" qəbulu heç də bu ölkədə koronavirusa yoluxma və ölüm göstəricilərini aşağı salmır.   

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 128,9 milyonu keçib, 2,81 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular