08:42 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
RUSİYA
Qısa URL
10 0 0

Əsas rola təyin olunmuş aktrisa, onun dublyoru, rejissoru Klim Şipenko və kosmonavt Anton Şkaplerov sentyabrın 20-də BKS-ə yollanacaqlar. Çəkiliş qrupu bir neçə gün orbitdə olacaq və oktyabrda Yerə qayıdacaq

BAKI, 31 mart — Sputnik. Rusiya istehsalı olacaq və Beynəlxalq Kosmik Stansiyada (BKS) çəkiləcək ilk film üçün seçilən aktrisa Svetlana Xodçenkova əməliyyata göndərilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Xodçenkova "Vızov" ("Çağırış") filmində əsas rol üçün iyirmi əsas namizəddən biridir. Bildirilir ki, aktrisaya LOR orqanlarında əməliyyat aparılması tövsiyə olunub.

Məlumata görə, otorinolarinqoloqa müraciət üçün bir neçə səbəb ola bilər: badamcıq vəzilərinin (BKS-in qapalı məkanında iltihablana bilər) götürülməsi və hündürlük artdıqca pisləşən, şiddətli ağrıya səbəb ola bilən qaymoritdir. Onun müalicəsi yalnız astronavtlara deyil, pilotlara da tövsiyə olunur.

Bundan əlavə, gələcək astronavtların diş problemləri (karies, diş əti xəstəlikləri) uçuşdan əvvəl aradan qaldırılmalıdır.

Xodçenkovadan əlavə Svetlana İvanova, Olqa Kuzmina və Maria Valeşnaya filmdə rol almaq üçün müraciət ediblər.

Qeyd edək ki, film "Roskosmos", "Pervıy kanal", həmçinin "Yellow, Black and White" studiyasının ortaq layihəsidir. Çəkilişlər 2021-ci ilin payızında Klim Şipenkonun rejissorluğu ilə Beynəlxalq Kosmik Stansiyada baş tutacaq.

Əsas rola təyin olunmuş aktrisa, onun dublyoru, rejissoru Klim Şipenko və kosmonavt Anton Şkaplerov sentyabrın 20-də BKS-ə yollanacaqlar. Çəkiliş qrupu bir neçə gün orbitdə olacaq və oktyabrda Yerə qayıdacaq.

Əsas mövzular